Premium Bank Google Pay™ xidmətini istifadəyə verdi
(®) Müştəri məmnuniyyətinə böyük önəm verən və daim yeniliklərə inteqrasiya edən "Premium Bank" müasir innovativ həlləri öz fəaliyyəti isiqamətində uğurla tətbiq etməyə davam edir.
Artıq "Premium Bank" müştəriləri də Bankın mobil tətbiqi vasitəsilə Visa kartlarını Google Pulqabı-ə əlavə edərək rahat və təhlükəsiz şəkildə ödənişlərini edə biləcəklər.
Bir ay öncə Apple Pay ödəmə üsulunu müştərilərinə təqdim edən "Premium Bank", bu dəfə sevindirici xəbəri Android əməliyyat sistemli elektron cihaz istifadə edən müştərilərinə çatdırır. Google Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
Həmçinin diqqətinizə çatdırırıq ki, "Premium Bank" bir yenilik edərək ilk olaraq "Paycity" şəhərciyini öz mobil tətbiqinə əlavə etmişdir. Visa kartlarınızla Google Pay və Apple Pay təmassız ödənişləri zamanı "Paycity" partnyorlarında xüsusi endirim kampaniyaları və üstünlüklərdən faydalana bilərsiniz. Mobil tətbiqimizdə "Paycity" bölümü vasitəsi ilə endirimlər haqqında ətraflı məlumatı öyrənə bilərsiniz.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi "Facebook" və "Instagram" səhifələrinə müraciət edə bilərsiniz. / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Elon Musk kimdir?
5 liderlik göstəricisi
Biznes nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Biznes təlimlər və tədris üsulları