"Premium Bank"ın əməliyyat mənfəəti artıb

"Premium Bank" ASC 2025-ci ilin 9 ayı üzrə (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb.
FAİZ GƏLİRLƏRİ ARTIB

Marja.az Bankın açıqladığı  məlumata istinadən xəbər verir ki, ötən ilin 9 ayı ərzində "Premium Bank"ın faiz gəlirləri 24 milyon 222 min manat olduğu halda, 2025-cü ilin 9 ayında 27 milyon 442 min manata kimi yüksəlməklə 3 milyon 220 min manat və ya 13% faiz artmışdır. Ötən ilin yanvar- sentyabr dövründə faiz xərcləri ilə cari ilin eyni dövründə faiz xərcləri sabit qalmışdır (2024- cü il 8 milyon 495 min manat, 2025- ci il 8 milyon 621 min manat). Beləliklə Bankin xalis faiz gəlirləri 2 milyon 059 min manat artmışdır.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2025-cü ilin 9 ayı ərzində "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 39 milyon 228 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 29 milyon 436 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 792 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün 700 min manat məqsədli ehtiyatlar yaradıldığından 9 milyon 92 min manat xalis  mənfəət əldə olunub.
Ötən ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 36 milyon 973 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 548 min manat, əməliyyat mənfəəti  9 milyon 425 min manat, eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 80 min manat mənfəətə əlavə olunduğundan 9 milyon 505 manat xalis mənfəət əldə etmişdir. 
BANK BÖYÜYÜB
30 sentyabr 2025-ci il tarixində Premium Bank 659 milyon 615 min manat cəmi aktivlərə,  o cümlədən 477 milyon 536 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 640 milyon 892 min manat cəmi aktivlərə, o cümlədən 466 milyon 649 min manat kredit portfelinə malik idi. Bu isə ilin əvvəli ilə müqaisədə kredit portfelinin 10 milyon 887 min manat və ya 2 % artımı deməkdir.
İSTEHLAK PORTFELİ ARTMAQDA DAVAM EDİR
"Premium Bank" istehlak kreditləri portfeli ilin əvvəli ilə müqaisədə 11 milyon 931 min manat, keçən ilin eyni dövrü ilə müqaisədə isə 21 milyon 292 min manat artmaqla 52 milyon 604 manata çatmışdır. Bu göstərici onu deməyə əsas verir ki,  Bank  korporativ bankçılıqdan  riteyl (parakəndə) bankçılığa doğru fokuslanıb.  
SƏHMDAR KAPİTALI ARTIB
Bankın səhmdar kapitalı ilin əvvəli ilə müqaisədə 20 milyon manat artmışdır.  Yeni səhmlərin emissiyası və yerləşdirilməsi nəticəsində  Bankın maliyyə dayanıqlığı yüksək səviyyədə saxlanılmışdır. 30.09.2025-ci il tarixinə bankın nizamnamə kapitalı 174 milyon 601 min manat, Məcmu kapitalı isə 191 milyon 741 min manat təşkil etmişdir.
Qeyd edək ki, Mərkəzi Bankın prudensial normativi ilə bankların minimum məcmu kapital tələbi 50 milyon manatdır.
Ticarət və investisiya qiymətli kağızlarına yatırımda  kifayət qədər artma müşahidə olunur. Belə ki, ilin əvvəli ilə müqasidə Bank bu sahəyə daha çox vəsait ayırmışdır, bu rəqəm ilin əvvəlində 1 milyon 022 min manat idisə, 30.09.2025-ci il tarixinə 18 milyon 861 min manat təşkil etmişdir.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ÜZRƏ ARTIM, HÜQUQİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ÜZRƏ AZALMA OLUB
2025-cü ilin 9 ayında  ilin əvvəli ilə müqaisədə fiziki şəxsərin depozitləri 9 milyon 986 min manat artaraq 302 milyon 41 min manata çatmış, hüquqi şəxslərin depozitlərində isə 9 milyon 394 min manat azalaraq 76 milyon 312 min  manat təşkil etmişdir.

Banklar     Tarix: 14 oktyabr 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu