Prezident "Banklar haqqında" qanuna dəyişiklik etdi

Prezident Azərbaycanda yeni qəbul olunmuş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunla əlaqədar "Banklar haqqında qanun"da dəyişikliklər edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Belə ki, qanunun 38.3 maddəsi çıxarılıb.
Bu maddəyə görə, Azərbaycan Mərkəzi Bankı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.
Bu səlahiyyətlər AMB-də qalmaqda davam edir, çünki "Mərkəzi Bank haqqında" qanunun 48.3.4-cü maddəsində öz əksini tapıb.
Bununla yanaşı, banklar ödəniş əməliyyatlarını və hesablaşmaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə Mərkəzi Bankın həmin Məcəlləyə və Qanuna uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.
Digər dəyişikliyə əsasən, banklar istənilən halda ödəyiciyə tapşırığın icrası haqqında bildiriş verməli olacaqlar.

Banklar     Tarix: 25 dekabr 2023

Oxşar xəbərlər

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi


iqtisadi xeberler depozit faizleri dollar kursu rubl mezenne dollar manat kursu