"Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu" çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

®2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu" keçirilib. "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsepti ilə baş tutan forum Qarabağ bölgəsində təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq çıxış edib.
Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək Qarabağın inkişafında təhsilin rolunu, bölgənin bərpası üçün yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıblar. Açılış mərasimindən sonra Qarabağ Universiteti tələbələri üçün təqaüd proqramının təsis olunması ilə bağlı sənədlər imzalanıb. Bu təşəbbüs bölgədə təhsil imkanlarının genişləndirilməsinə və tələbələrin inkişafına hədəflənib.
Forumda iki müxtəlif istiqamətdə panel müzakirələri də gerçəkləşib. İlk panel Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə "Böyük Qayıdış: Çağırışlar və imkanlar" mövzusunda baş tutub. Paneldə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər. Müzakirələr zamanı bölgədə iqtisadi inkişaf, təhsilin bu prosesdə rolu və yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.
İkinci panel isə "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları" mövzusuna həsr olunub. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, eləcə də digər aparıcı özəl sektor nümayəndələri iştirak ediblər. Paneldə dövlət-özəl tərəfdaşlığının Qarabağın uzunmüddətli iqtisadi və sosial inkişafındakı rolu, yeni əməkdaşlıq mexanizmləri və bölgədə rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi imkanları müzakirə olunub.
Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxışında qeyd edib ki, "Ən böyük istəyimiz odur ki, Qarabağ Universitetindən məzun olan gənclər sabah bölgənin iqtisadi və sosial inkişafında aparıcı rol oynasınlar. Təhsil ənənəvi biliklərlə yanaşı, texnologiya və innovasiya yönümlü olmalıdır ki, gənclərimiz dəyişən əmək bazarına tam hazır olsunlar. Kapital Bank olaraq biz bu prosesdə təkcə maliyyə əlçatanlığımızı yox, həmçinin peşəkar bilik və təcrübəmizi də bölüşməyə daim hazırıq".
Qeyd edək ki, Kapital Bank uzun illərdir Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra təhsil layihələrini həyata keçirir. Bankın təşəbbüsü ilə ali təhsil müəssisələrində tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim olunur, həmçinin bir sıra universitetlərdə Kapital Bank tədris otaqları istifadəyə verilib. Bu layihələr tələbələrin rəqəmsal bacarıqlarının artırılmasına, əmək bazarına daha hazırlıqlı olmalarına və innovativ mühitdə inkişaf etmələrinə dəstək göstərir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. / banker.az

Banklar     Tarix: 03 iyun 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti