Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu®Kapital Bank-ın könüllü əməkdaşlarının yardımlaşma təşəbbüsü ilə yaradılan, qısa zamanda böyük layihələrlə gündəmə gələn, xalqımızın xeyriyyəçilik ənənələrini yaşadan, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan  Qırmızı Ürəklər Fondu 5 yaşını qeyd etdi. Fond bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış "Ürəksən" adlı tədbirdə bir araya gətirərək 5 illik hesabatını ictimaiyyətə təqdim edib.
Fondun nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi və "The Ritz-Carlton Baku"nun ev sahibliyi ilə baş tutan tədbir maraqlı anlarla yadda qaldı. Gecəni çıxış sözü ilə açan Kapital Bank-ın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə fondun ən böyük gücünün birlik olduğunu vurğuladı. "Bankir olmaq, menecer olmaq, iş adamı olmaq sadəcə karyera məsələsidir. Amma başqasının qayğısına şərik olmaq, bu, xarakter məsələsidir. Biz "Red Hearts" olaraq sübut etmişik ki, komandamız sadəcə yaxşı işçilərdən deyil, həm də yaxşı insanlardan ibarətdir. Mən bizimlə birlikdə bu yolda addımlayan hər kəsə təşəkkür edirəm."
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında "Cəmiyyət", "Ətraf mühit" və "Heyvanların müdafiəsi" istiqamətlərində Fondun cari ilə, o cümlədən ötən 5 ilə dair hesabatını təqdim etdi. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları, sosial tərəfdaşlıq layihələri kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər yer alıb.
Belə ki, 2025-ci il ərzində Fonda 10 900 ianəçi tərəfindən ümumilikdə  476 063 manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 462 könüllünün iştirakı ilə  6247 benefisiara dəstək göstərilib.
Fondun 5 illik nəticələri isə hər kəs tərəfindən maraqla qarşılanıb. Yusif Poladov bu nəticələri təqdim edən zaman böyük həyəcan və qürur yaşadığını qeyd edib. "Cəmi 49 nəfər könüllü əməkdaşımızın çıxdığı yolun bizi bu yerlərə gətirə biləcəyini xəyal belə edə bilməzdik. Bu gün isə biz insanların xəyallarını gerçəkləşdirən bir quruma çevrilmişik. Təsəvvür edin ki, ötən 5 il ərzində bizim sıralarımıza 50 804 ianəçi qoşulub. İlk mərhələdə toplanan məbləğ cəmi bir neçə min manat idisə bu gün bu rəqəm 5 003 100 manatdır. İlk mərhələdə biz sadəcə ehtiyacı olan ailələrə yardım edirdiksə bu gün biz artıq 4 istiqamətdə çox böyük layihələrə imza atmışıq. Bir neçə rəqəmi qeyd etsəm deməliyəm ki, bu illər ərzində 9500 kq-dan çox tullantı təbiətdən təmizlənib, 3257 kq batareya toplanaraq təhvil verilib, 30 şəhər və rayonda şəhidlərimizin adına 7298 ağac əkilib. 66 şəhid və qazi ailəsi evlə təmin olunub. 74 tələbəyə ümumilikdə 155 060 manat təhsil təqaüdü verilib. Sosial qruplardan olan minlərlə ailəyə maddi yardım və bayram hədiyyələri təqdim edilib, 300 ailə fondun himayəsinə götürülüb. Bu prosesdə 400-dən çox könüllü, 30 dan çox tərəfdaş bizimlə birlikdə, eyni yolda addımlayıb. Bu göstəricilər sadəcə adi rəqəmlər deyil. Hər bir rəqəmin arxasında dəyər qatılan, toxunulan insan həyatı, insan hekayələri var. Burada bu hekayəni yazmağın qürurunu  birlikdə yaşayırıq. Mən hər birinizi təbrik edirəm".
Hesabatla bağlı ətraflı məlumat:
Daha sonra fondun xeyirxahlıq missiyasında onlarla birlikdə addımlayan tərəfdaşlara "The Golden Heart Award" ("Qızıl Ürək" mükafatı) təqdim edilib. Mükafatlandırılan tərəfdaşlar sırasında Kapital Bank, PASHA Holding, PashaPay, PMD Group, PASHA Real Estate, PASHA Investments, PASHA Technology, PASHA Life və The Ritz-Carlton Baku yer alıb. Mükafatlandırma mərasiminin ardından gecə bədii hissə ilə davam edib.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. / banker.az

Banklar     Tarix: 23 dekabr 2025

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri