"Rabitabank"ınn istiqrazları birjada listinqə daxil olundu
18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitabank" ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində "Emitentlərin profili" () bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2005003556
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
İstiqrazların sayı
100000 (ədəd)
Nominal Dəyəri
100 manat
İllik faiz dərəcəsi
9.50%
Ödəmə periodu
Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün)
Tədavül müddəti
2 il
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər" () bölməsində yerləşdirilmişdir. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 adamı
Bitcoin necə işləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Swift nədir?