Rabitəbank dünyanın öndə gedən "SIBOS 2022" maliyyə konfransında iştirak edir

Rabitəbank dünyanın öndə gedən ®"Rabitəbank" ASC-nin rəhbərlərliyi Amsterdam şəhərində baş tutan "SIBOS-2022" beynəlxalq maliyyə sərgi-konfransında iştirak edirlər.
Hər zaman müasir beynəlxalq təcrübələrə yiyələnən Rabitəbank, bu dəfə beynəlxalq əlaqələrini genişləndirmək, müxbir bank şəbəkəsini artırmaq, öndə gedən rəqəmsal həlləri izləmək üçün tədbirdə geniş tərkibdə iştirak edir.
Sərgi-konfransda Rabitəbank-ın təmsilçiləri bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, Baş Direktorlar – Ziya Nuriyev və Ramil Nəsibovdur.
 4 gün davam edəcək konfransda bankın təmsilçiləri qlobal maliyyə institutlarının nümayəndələri ilə mühim görüşlər təşkil edib, rəqəmsal bankçılıq, maliyyə texnologiyaları və müxbir hesabları sahəsində əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi və təcrübə bölgüsü edəcəklər. Həmçinin, Aydın Hüseynov bildirib ki, "görüşdə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılaraq beynəlxalq əlaqələlərimizi genişləndirməklə, təcrübələri ölkəmizdə tətbiq etməyi planlayırıq."
 Hər il ənənəvi olaraq keçirilən SIBOS, bu həftə 9300-dən çox iştirakçını bir araya gətirib. 1978-ci ildə bank əməliyyatları seminarı kimi başlayan tədbir, qlobal maliyyə sektorları üçün ödənişlər, qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi sahələrində müzakirələr və əməkdaşlıq etmək üçün əsas biznes foruma çevrilib.
Bu ilki "SIBOS" konfransının təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT)-dir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 11 oktyabr 2022

Oxşar xəbərlər

"Azər-Türk Bank"da yığıncaq keçiriləcək

22 iyun 2026-cı il tarixində saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi Yığıncaq Bankın inzibati binası yerləşə

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

"Naxçıvanbank"ın əmanətçiləri və depozit hesabı sahibləri üçün yenilik

Mərkəzi Bank tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə "Naxçıvanbank" ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesa

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. "Raha

Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında ayrı-ayrı risk növləri üzrə stres-testlər aparılacaq. Stres-test modelinin qiymətləndirilməsi zamanı bankın stres-tes

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb

Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350,5 min manatlıq 4 995 fırıldaqçılıq halı baş verib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib. Məlumata görə, bu, ötən ili

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar kursu bitcoin qiymeti bitkoin qiymeti