"Rabitəbank" – la Türkiyəyə pul göndərmək indi daha sərfəlidir
®Hər zaman müştərilərinin rahatlığı üçün çalışan Rabitəbank Türkiyənin qabaqcıl banklarından olan Akbank ilə tərəfdaşlığını genişləndirərək yeni endirim kampaniyası tətbiq edir. Kampaniyaya çərçivəsində müştərilər Türkiyəyə pul köçürmələri zamanı alıcının bankı Akbank olduğu halda güzəştli tarif imkanı əldə edirlər.
Belə ki, endirim kampaniyası 31.03.2023 tarixinə qədər qüvvədə olacaq.
Kampaniyanın şərtlərinə əsasən müştərilər köçürmə zamanı minimal məbləğ 20 USD, maksimal məbləğ 200 USD təşkil etdiyi halda cəmi 0.2% xidmət haqqı ödəyəcəklər.
Qeyd edək, müştərinin mövcud güzəştli tarifi varsa və bu kampaniya şərtlərindən daha endirimlidirsə, müştərinin faktiki güzəşti qüvvədə qalacaqdır.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Swift nədir?
Ən bahalı otellər hansılardır?
Biznes planı necə yazmaq lazımdır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Milyonlar qazandıran qəribə biznes ideyaları