"Rabitəbank" MİDA xətti ilə satılan mənzillər üzrə güzəştli ipoteka təklif edir

®Güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər "Rabitəbank"ın Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti təklifindən yararlana bilərlər.
"Rabitəbank" ASC və "MİDA" MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi çərçivəsində Agentliyə aid 100 min AZN-dək daşınmaz əmlakı 10 faiz ilkin ödənişlə, illik cəmi 4 faiz, 30 il müddətinədək güzəştli ipoteka krediti vasitəsilə əldə etmək mümkündür. Bank MİDA xətti ilə satılan mənzillər üzrə güzəştli ipotekanı 3 iş günü müddətinə rəsmiləşdirir.
MİDA xətti ilə güzəştli mənzil əldə edənlərin kredit müraciətlərinə "Rabitəbank"ın Gəncə, Sumqayıt və Bakı şəhəri daxil olmaqla 8 filialında baxılır. Filial əməkdaşları həftə içi hər gün səhər saat 9:00-dan axşam saat 17:00-dək müştərilərə xidmət göstərir. Agentliyin komplekslərində mənzil almaq üçün "Rabitəbank"dan güzəştli kreditlərin əldə edilməsi məqsədilə "Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" sistemində qeydiyyatdan keçmək və "şəxsi elektron kabinet" yaratmaq lazımdır. Güzəştli ipoteka krediti vasitəsilə güzəştli mənzil əldə etmək hüququna malik şəxslərin siyahısı və bütün şərtlər bankın rəsmi saytında yerləşdirilib: https://rbt.az/mida .
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir. MİDA-nın əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisinin təşkili və güzəştli kateqoriyaya aid vətəndaşların mənzil əldə etmələrinə şərait yaratmaqdır.
1993-cü ildə fəaliyyətə başlayan "Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 13 iyul 2023

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler en son xeberler biznes xeberleri bitkoin almaq valyuta kurslari