Rabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdi

Rabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdiRabitəbank Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Bankın yaranmasının 30 illiyi ilə əlaqədar Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə ianə etmişdir.
Bankın yaydığı məlumatda bildirilir ki, hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən "Rabitəbank" bu dəfə Biləsuvar şəhərində təhsil alan Şəhid və Qazi ailələrinin övladlarını öz diqqət və qayğısı ilə sevindirib.
Belə ki, "Rabitəbank" ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin təhsil kompleksini ziyarət edərək, orada təhsil alan Şəhid və Qazi ailələrinin övladları ilə görüş keçirib. 
Tədbirdə Orhan Gültekin çıxışında bildirib ki, "Rabitəbank rəhbərliyi daima torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Bankın yaranmasının 30 illiyi ilə əlaqədar məhz bu gün burada olmağımızın əsas səbəbidə budur və bizə əmanət edilən, gələcəyimiz olan övladlarımızın təhsili ilə yaxından maraqlanmaq və dəstək olmaqdır."
"Təhsil kompleksimiz yarandığı gündən etibarən keyfiyyətli təhsil, şagirdlərə milli və bəşəri dəyərləri aşılamaq, müstəqil həyata hazır intellektuallar yetişdirmək və s kimi dəyərləri əsas götürüb. Bunun fonunda kompleksdə şagirdlər üçün durmadan yeni imkanlar yaradılır. Bu yolda bizə Rabitəbank hər zaman öz dəstəyini göstərib"  – deyə, kompleksin rəhbəri Aqşin Bağırov bildirib.
Qeyd edək ki, cari tədris ilində Kompleksdə 27 Şəhid övladları, 15 nəfər isə Azərbaycan Respublikası Ərazi Bütövlüyü Uğrunda Əlil olan şəxslərin övladları Bağça-Hazırlıq qrupu və I-XI  sinifləri üzrə təhsil alır.
Bu, Rabitəbankın sözügedən istiqamətdə atdığı ilk addım deyil. Yarandığı gündən etibarən, müxtəlif dövrlərdə təhsil kompleksinə ianələr edərək, buranın şagirdlərinə qayğı göstərib, öz dəstəyini əsirgəməmişdir.
Qeyd edilib ki, Rabitəbank bundan öncə Bakının Nardaran qəsəbəsində yerləşən 130 nömrəli məktəbi ziyarət etmiş, təhsilin inkişafı yönündə məktəblilərlə görüş keçirmiş, məktəblərdə təhsilinin inkişafına dəstək göstərərək, xüsusilə qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirmə məqsədilə məktəblilərə 400-dən çox kitab hədiyyə etmişdir.
Bank eləcə də, müxtəlif dövrlərdə işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna və YAŞAT fonduna ianələr köçürmüşdür.
Bank tərəfindən illərdir həyata keçirilən "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində 1-ci Qarabağ müharibəsində və Vətən müharibəsində iştirak etmiş Qazi və Şəhid ailələri ilə görüş keçirilib və onlara müxtəlif formalarda yardımlar edilib. Bundan əlavə, bank 8 Noyabr – Zəfər günü ilə bağlı hazırladığı və geniş ictimaiyyətə çatdırdığı "Ata vəsiyyəti" adlanan videoçarxında 1-ci Qarabağ müharibəsində Qazi olmuş ataların övladlarını necə vətənpərvər ruhda böyütməsi və onların Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olması üçün göstərdikləri şücaət tərənnüm olunub.
"Rabitəbank" bu addımın timsalında öz ənənələrinə sadiq qalaraq, bu cür  təşəbbüskar aksiyalarını davam etdirəcək.
Xatırlatmaq istərdik ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Rabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdiRabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdiRabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdiRabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdiRabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdiRabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdiRabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdi/ banker.az

Banklar     Tarix: 20 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler rubl mezenne kripto valyuta kurslari bitcoin qiymeti