Rabitəbank və AJN jurnalist tələbələr üçün "Heydər Əliyev İli"nə həsr olunmuş yazı müsabiqəsi elan edib

Rabitəbank və AJN jurnalist tələbələr üçün ®"Rabitəbank" ASC və "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB (AJN) və Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə elan edir. Jurnalistika fakültəsində oxuyan tələbələr dərc edilmiş məqalələrini 10 may tarixindən başlayaraq, 5 iyuna qədər müsabiqəyə təqdim edə bilərlər.
Nəticələr 15 İyun Milli Qurtuluş Günündə açıqlanacaq.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Müstəqil dövlətçiliyimizin yox olmaq təhlükəsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. 15 iyun – Milli Qurtuluş Gününün təntənəsi bu gün də özünü büruzə verir, müstəqil respublikamızın davamlı inkişafını təmin edir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. "Xilaskar" adlı esse müsabiqəsinin əsas mövzusu da məhz Milli Qurtuluş Gününə və onun nəticələrinə həsr olunub.
Müsabiqənin şərtləri:
1. Müsabiqədə yalnız jurnalistika ixtisası üzrə hazırda bakalavr və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər.
2. İştirak etmək istəyənlər təqdim etdiyimiz link-ə daxil olub göstərilən müraciət formasını dolduraraq, mövzu üzrə məqalələrini göndərə bilərlər: 
3. Müsabiqəyə müraciət 10 may 2023 tarixində başlanır, 05 iyun 2023-cü il, saat 14:00-da bitir.
Yazılar aşağıdakı tələblərə cavab verməlidir:
• Azərbaycan dilində və "Times New Roman" şrifti ilə 12 ölçüdə hazırlanmalı;
• Yazı maksimum 3 səhifə və 1500 söz həcmində olmalıdır;
• Yazılarda Milli Qurtuluş Gününün mahiyyəti, tarixi, bugünkü nəticələri barədə fikir və mülahizələr, şərhlər, arqumentlər, statistik göstəricilər əks etdirilməlidir.
• Eyni məzmunlu və fərqli müəlliflərə aid yazılardan istifadə edilməməlidir.
Qeyd edək ki, yazılar peşəkarlardan ibarət müsabiqə komissiyası tərəfindən yoxlanılacaq. Müsabiqədə ilk 3 yerin qalibinə pul mükafatı, növbəti 10 yer üçün xüsusi diplom və simvolik hədiyyələr təqdim olunacaq. / banker.az

Banklar     Tarix: 10 may 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq