Rabitəbank vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu

Rabitəbank vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu®Rabitəbank özünüməşğulluq proqramı çərçivəsində müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı sahibkarlara onların biznes planlarına uyğun olaraq, aktivlərin təqdim edilməsinin ilk mərhələsini yekunlaşdırıb.
Bank, proqram çərçivəsində Bakı şəhəri Nizami rayonu, Şəmkir, Biləsuvar, Qazax, Yevlax və Salyan rayonlarında müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 6 vətəndaşı lazımi avadanlıqlarla təmin edib.
Onlardan biri, Hüseynov Fərman Məzahir oğlu bankın göstərdiyi dəstək sayəsində heyvandarlıq fəaliyyətinə olan marağını reallaşdırmağa və şəxsi biznesini qurmağa müvəffəq oldu. Bankın Nizami filialı tərəfindən isə Həsənov Həsrət Nemət oğluna avtoçilingər avadanlıqları təqdim olundu.
Rabitəbank, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində öz töfhəsini verməyə davam edir. Belə ki, bank nümayəndələri özünüməşğulluq layihəsi çərçivəsində Əliyeva Şəlalə Fəxrəddin qızına maldarlıq təsərrüfatı, Ağaməmmədova Rəfiqə Nəsir qızına isə un məmulatları istehsalı üzrə şəxsi biznesini qurmaq üçün lazım olan avadanlıqları təqdim etdilər. Rabitəbank, həmçinin, gözəllik salonu açmaq istəyən Mustafazadə Aygün Aydın qızının arzusunu da həyata keçirməyə kömək oldu.
Dəstək göstərilən digər vətəndaş Kazımov Elmir Elçin oğlu kiçik foto atelye üçün lazım olan avadanlıq və materiallarla təmin olundu. 
Hazırda ikinci mərhələyə start verilmiş, ehtiyacı olan, həssas qrupa aid daha 6 fiziki şəxs  müəyyən edilib. Bu vətəndaşların öz işlərini qurması üçün nəzərdə tutulan avadanlıqlarla təminatı Rabitəbank tərəfindən həyata keçirilməkdədir və qısa müddətdə başa çatdırılacaqdır. Qeyd edək ki, aktivlər sahibkarlara təmannasız olaraq verilir.
Xatırladaq ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.
Özünüməşğulluq proqramına qoşulmuş bankımız bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və bu özünəməşğulluq proqramına dəstək olmağa davam edəcək. / banker.az

Banklar     Tarix: 10 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler 1000 manatla biznes bitkoin pul qazanmaq biznes xeberleri