Rabitəbankda yeni təyinat olub
Rabitəbankda yeni təyinat olub. Belə ki, Akşin Əsədzadə Biznes Proseslərinin İnkişafı Departamentinin Direktor müavini, Rəşad İsrafilov Kreditlərin Anderraytinqi Departamentinin Direktor müavini vəzifəsinə təyin edilib.
Bank sahəsində 20 ilə yaxın təcrübəyə malik Akşin Əsədzadə əmək fəaliyyətinə 2004-cü ildə "Rabitəbank"-da başlamışdır. Bu illər ərzində o, Fiziki şəxslərə xidmət, Məhsulların inkişafı, Alternativ satış kanalları, Rəqəmsal xidmətlərin tətbiqi kimi şöbələrə rəhbərlik etmişdir.
A.Əsədzadə 2000-2004-cü illərdə Qafqaz Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsində Menecment (Bank işi üzrə) ixtisası üzrə təhsil almışdır.
Rəşad İsrafilov kariyerasında artıq 10 ildən çoxdur ki bank sahəsində fəaliyyət göstərir. Daha öncə müxtəlif banklarda və özəl şirkətlərdə Baş analitik, Maliyyə direktoru, Korporativ şöbənin müdiri vəzifələrində çalışmışdır.
İsrafilov 2021-ci ildən etibarən Rabitəbankda çalışır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Kibernetika fakultəsində təhsil almışdır. GAF – 2013, Trade Finance – 2015, Financial Accounting – 2016 sertifikatlarına sahibdir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Layihə menecmenti nədir?
Onlayn biznes növləri