Rabitəbankın "Möcüzə Yarmarkası" uşaqlar üçün sevinc, cəmiyyət üçün ümid yaratdı

Rabitəbankın ®1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank tərəfindən həyata keçirilən "Möcüzə Yarmarkası" sosial layihəsi öz sonluğunu sevgi və ümid dolu bir görüşlə tamamlayıb. Layihənin yekun mərhələsi çərçivəsində Rabitəbank kollektivi "Ümid Yeri" Uşaq Sığınacağında yaşayan uşaqları ziyarət edərək onlarla unudulmaz bir gün keçirib.
Ziyarət zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, birlikdə bayram tortu kəsilib və əyləncəli oyunlar təşkil olunub. Sığınacaqda yaşayan uşaqlar üçün bu görüş həm sevinc dolu anlar, həm də onlara dəyər verildiyini hiss etdikləri xüsusi bir günə çevrilib.
"Möcüzə Yarmarkası" Rabitəbank əməkdaşlarının və onların övladlarının iştirakı ilə həyata keçirilib. Layihə çərçivəsində təşkil olunan yarmarkada müxtəlif məhsullar satılıb. Toplanan vəsait isə əməkdaşların və onların övladlarının təşəbbüsü ilə "Ümid Yeri" Uşaq Sığınacağında yaşayan balacalar üçün hədiyyələr alınmasına sərf olunub.
Rabitəbank bu təşəbbüsü ilə bir daha sübut etdi ki, sosial məsuliyyət yalnız maddi dəstək deyil, həm də mənəvi körpülərin qurulması, cəmiyyətin həssas təbəqələrinin yanında olmaqdır. Layihə eyni zamanda bank kollektivi üçün də dəyərli bir mənəvi təcrübəyə çevrilərək həmrəyliyi gücləndirib, xoş niyyətin birləşdirici gücünü göstərib.
Rabitəbank fəaliyyəti dövründə hər zaman müxtəlif sosial layihələrlə cəmiyyətin fərqli təbəqələrinə dəstək göstərir. "Möcüzə Yarmarkası" təşəbbüsü isə həm uşaqlara sevinc bəxş edib, həm də cəmiyyətə ümid mesajı verib.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Rabitəbankın Rabitəbankın Rabitəbankın / banker.az

Banklar     Tarix: 03 iyun 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti