Sabahdan Bakıda geyim mağazalarında 20-50% endirim başlayır - "Baku Shopping Festival"
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə ölkəmizin paytaxtında sabahdan "Bakı Alış-Veriş Festivalı" (Baku Shopping Festival) keçiriləcək.
FED.az xəbər verir ki, "Bakı Alış-Veriş Festivalı" 6-20 noyabr tarixlərində təşkil olunur və şəhərimizin seçilən Ticarət Mərkəzlərini, eləcə də şəhər mağazalarını əhatə edəcək.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, "Bakı Alış-Veriş Festivalı"-nın keçirilməsində məqsəd, bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə dəstək verməklə yanaşı, istehlakçılar üçün brend geyimləri daha sərfəli və əlçatan etməkdən ibarətdir.
"Assosiasiya olaraq bu bizim ilk müştərək işimizdir, əgər festivalın nəticələri gözləntilərimizi doğrultsa, gələcəkdə belə tədbirlərin və festivalda təmsil olunan dünya brendlərinin sayı artırılacaq. Müşayiət olunan turizm axınına dəstək və ölkə iqtisadiyyatının inkişafına tövhə vermək "Bakı Alış-Veriş Festivalı"-nın məqsədlərindəndir", - Fərid Novruzi deyib.
Festivalda 68 dünya geyim brendi iştirak edir. Alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və endirim kuponları təklif ediləcək.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?