Sahibkarlar "Baku Shoping Festival"ın keçirilməsini - TƏKLİF EDİR
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası növbəti "Baku Shoping Festival"-ın keçirilməsini təklif edir
Eləcə də bax: Geyim idxalçıları ekspeditor şirkətlərilə əməkdaşlıq edəcək - SAZİŞ
FED.az xəbər verir ki, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası idarə heyətinin növbəti iclası keşirilib. İclas gündəliyinin əsas mövzusu Bakıda növbəti Ticarət Festivalının ( "Baku Shoping Festival") keçirilməsi oldu. Assosiasiyanın təşkilatçılığı ilə "Shoping Festival"-ın 2022-ci ilin noyabr ayında keçirilməsi təklif olunur.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası İdarə heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, Ticarət Festivalının keçirilməsi, həm brend mağazalarının dövriyyəsinin artırılması, həm ölkəyə turist axınının təmin edilməsi, eləcə də, Dövlət Vergi Xidmətinin xətti ilə Dövlət büdcəsinə ödənişlərin artırılması və əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmi ilə nağdsız ödənişlərin artırılması və vergi mədəniyyətinin formalaşdırılmasına müsbət təsir göstərəcək.
"Baku Shoping Festival"-ı çərçivəsində tətbiq edilən xüsusi kampaniya və endirimlər isə yerli istehlakçılara brend geyimlərinin əlverişli qiymətlərlə əldə edilməsi imkanı yaradacaq ki, bu da AFRA fəaliyyətinin prioritet istiqamətlərindəndir", - deyə Fərid Novruzi bildirdi.
İdarə heyətinin bütün üzvləri "Baku Shoping Festival"-ın keçirilməsi təklifini dəstəkləyərək, festivalın təşkilinə lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildirdilər. İclasın sonunda "Baku Shoping Festival"-ın təşkil edilməsi istiqamətində işlərə start verilməsi, müvafiq dövlət və özəl qurumlar ilə danışıqların aparılması və güzəştlərin tətbiq edilməsi istiqamətində işlərin aparılması haqqında qərar qəbul edildi.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Startup nədir və necə olur?
Birbank xidmətinə necə qoşulmaq olar?