Sanksiyalara etiraz edən sahibkarlara Vergi Xidmətindən cavab

Sanksiyalara etiraz edən sahibkarlara Vergi Xidmətindən cavabSon günlər 250-dən çox pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə görə sahibkarlara maliyyə sanksiyaları tətbiq edilib. Maliyə sanksiyalarına görə bir çox sahibkar narazılıqlarını ifadə edib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov açıqlama verib.
Sanksiyalara etiraz edən sahibkarlara Vergi Xidmətindən cavabNicat İmanov qeyd edib ki, maliyyə sanksiyaları ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması və POS-terminalların quraşdırılmaması ilə bağlı həyata keçirilir. Vergi ödəyicilərinin bu prosesə narazılıq etməsinin əsas səbəbi əldə etdikləri gəlirləri rəsmiləşdirməkdən yayınmalarıdır.
Mikro sahibkarlar əsasən dövriyyələrindən 2% dərəcə ilə sadələşmiş vergi ödəyir. Bu kifayət qədər aşağı vergi dərəcəsidir. Nəzərə alaq ki, sadələşmiş verginin dərəcələri 4%-dən 2%-ə endirilib. Vergi dərəcələrinin endirilməsi müqabilində sahibkarlardan şəffaflıq tələb edilir. Eyni zamanda vergi ödəyiciləri apardığı əməliyyatları kassa çekləri ilə rəsmiləşdirməlidirlər. Təəssüflər olsun ki, çox vaxt sahibkar kart tu kart əməliyyatlarından istifadə edirlər. Təbii ki bu kartlar sahibkarların özlərinə məxsus debet kartlarıdır və bununla da vergidən yayınma halları baş verir.
Dövlət Vergi Xidməti vergidən yayınan şəxslərə qarşı sərt mübarizə aparacağını artıq bir neçə ildir ki, elan edib. Vergi yükünün aşağı salınmasına adekvat olaraq nəzarət tədbirləri sərtləşdirilib.
"Mən ümüd edirəm ki, qanundan yayınan sahibkarlar bu pozuntulara təkrar yol verməyəcəklər" - deyə baş idarə rəisi əlavə edib.
Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
© APA / marja.az

Maliyyə     Tarix: 27 noyabr 2024

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur


iqtisadi xeberler biznes qurmaq bitkoin qiymeti dollarin kursu bu gun en son xeberler