Sədr müşaviri banklardan külli miqdarda kredit götürüb mənimsəməkdə təqsirləndirilir
Cəbrayıl Fərzəliyev 527 min manatlıq yeyintidə ittiham olunur.
Onun barəsində cinayət işi başlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İttihama görə, Fərzəliyev bu vəsaiti bankların birindən və Prezident yanında Gənclər Fondundan müxtəlif işlər görmək adıyla mənimsəyib.
33 yaşlı ictimai fəal hazırda təcridxanada saxlanılır. Onun vəkili ötən məhkəmə iclasında deyib ki, müvəkkili təcridxanada bir neçə dəfə intihara cəhd göstərib. Buna görə də o, psixiatrik ekspertizadan keçirilməlidir. Məhkəmə vəsatəti hələlik təmin etməyib. Bildirilib ki, C.Fərzəliyev istintaq dövründə ekspertizadan keçirilib və hər hansı problem aşkarlanmayıb. Ona görə də bu məsələyə gələcəkdə yenidən baxa bilərlər.
İttihamda göstərilib ki, 527 min manatlıq yeyintinin 342 min manatı bankdan kreditlə götürülüb. C.Fərzəliyev öz şirkətinə avadanlıqların alınması, dövriyyəsinin artırılması və s. adlarla müxtəlif vaxtlarda bankdan kredit götürərək qaytarmayıb.
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin müşaviri kimi çalışan Fərzəliyev həm də Gənclər Fondu ilə müəyyən layihələr həyata keçirmək üçün qrant müqavilələri bağlayıb. "Qayıdışın izi ilə" adlı film çəkəcəyini bildirib. Lakin ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində bank və Gənclər Fondu tanınıb. C.Fərzəliyev özünü təqsirli bilməsə də, istintaq dövründə dəymiş ziyanın bir hissəsini ödəyib.
C.Fərzəliyev Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü, "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının nümayəndəsi olub. O, həm də politoloq kimi mətbuata müsahibələr verib.
/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Kriptovalyuta nədir və necə alınır?
Kriptovalyuta nədir?
Elon Musk kimdir?
İlon Mask kimdir?
Biznes planı necə yazmaq lazımdır?