SİMA-nın növbəti tərəfdaşı "Qala Sığorta" oldu

SİMA-nın növbəti tərəfdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
Nazirliyin yaydığı məlumata görə, "Qala Sığorta" şirkəti SİMA-nın növbəti tərəfdaşı olub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bundan sonra "Qala Sığorta" müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq şirkətin veb-saytında təqdim olunan şəxsi kabinetə SİMA vasitəsilə daxil ola biləcəklər.
Tərəfdaşların növbəti hədəfi istifadəçilərə sığorta məhsullarını daha rahat əldə etmək imkanı yaratmaqdır. Belə ki, istehlakçılar "Qala Sığorta"nın elektron qaydada təqdim etdiyi bir çox könüllü sığorta məhsullarından SİMA vasitəsilə faydalana biləcəklər.
Yeni nəsil rəqəmsal imzadan istifadə edərək digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, BOKT, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. / marja.az

Banklar     Tarix: 21 sentyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

Avropadan Azərbaycana pul köçürmələri 56% artıb

2026-cı ilin ilk yarısında cədvəldə ayrıca göstərilən Avropa ölkələrindən Azərbaycana fiziki şəxslər tərəfindən ümumilikdə $109,3 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $69,9 milyonla müqayisədə 56,4% çoxdur

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia


iqtisadi xeberler dollar manat kursu iqtisadiyyat xeberleri valyuta xeberleri depozit faizleri