Son üç ayda əhali "Günay Bank"dakı əmanətlərini ‘geri çəkib’

Son üç ayda əhali Əhali son üç ayda "Günay Bank" ASC-dakı depozitlərini bir hissəsini geri çəkib, bank əlindəki nağd vəsaitlərin həcminin azalması səbəbindən kiçilib.
Banker.az bu barədə Bankın 2022-ci ili yanvar-sentyabr ayları üzrə rüblük hesabatına istinadən xəbər verir.
Belə ki, fiziki şəxslərin "Günay Bank"dakı depozitləri 2022-ci ilin üçüncü rübü ərzində 13.08 milyon, yaxud 15%-dən çox azalmaqla 72.69 milyon manata enib. Fiziki şəxslərin depozitlərinin həcmi 1 iyul tarixində 85.77 milyon manat idi.
Eyni qaydada, hüquqi şəxslərin son üç ayda depozitləri 47.87 milyon manatdan 43.9 milyon manata düşüb ki, bununla da ümumi depozit portfeli 116.59 milyon manata düşüb.
Depozit portfelindəki kiçilməni göstərən daha bir maraqlı məqam isə müddətli depozitlərdir, hansı ki, bu müştərinin faiz gəlirliyi imkanı müqabilində banka qoyduğu əmanətdir. Bu əmanətlər 79.57 mln. manatdan 56.75 mln. manata düşüb.
"Günay Bank"ın keçmiş sədr müavininin yeni fırıldaqları üzə çıxdı
Baş Prokurorluq "Günay Bank"ın açıqlamasını təkzib edib
Öhdəliklərin cəmi 222.15 milyon manat olduğunu nəzərə alsaq, bu bank üçün çox ciddi təsirdir. Çünki, Bankın əsas maliyyə mənbəyi məhz bu müştəri depozitləridir.
"Günay Bank" 2022-ci ilin üçüncü rübündə kredit bazarında bir o qədər də aktiv görünməyib, nəticə etibarı ilə onun kredit portfeli cəmi 1% artımla 204.18 mln. manatdan 206.33 manata yüksəlib.
Lakin əsas fəaliyyət istiqaməti olan biznes kreditləri üzrə portfelini nəinki artırıb, əksinə 0.18% azalmaqla 124.33 mln. manata düşüb. Cəmi portfeldəki artımı istehlak və ipoteka kreditləri dəstəkləyir.
Bankın "kassasında" olan 59.79 mln. manatlıq nağd pul və onların ekvivalentləri azalaraq 33.54 mln. manata düşüb. Bununla da onun aktivləri 5%-dən çox azalma ilə 289.89 milyon manata düşüb.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64.9 milyon manatdır. Bankın səhmlərinin 52.13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40.05%-i Yeganə Şirinovaya ("Günay Sığorta" ASC-nin 71.94%-lik səhmdarı), 2.67%-i Günay İldırımzadəyə, 2.31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, "Günay Sığorta"nın 11.45%-lik səhmdarı), 1.12%-i Samir Cəfərova, 1.1%-i Mahir Xəlilova, 0.63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.
2022-ci ilin üçüncü rübü
2022-ci ilin ikinci rübü
Son üç ayda əhali

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler investisiya valyuta mezennesi internetden pul qazanmaq birbank