"S&P" Azərbaycanın Mərkəzi Bankının yeni rəhbərliyinin fəaliyyətini müsbət qiymətləndirib

"S&P Global Ratings" agentliyi son dörd il ərzində Azərbaycanın Mərkəzi Bankının (AMB) yeni rəhbərliyinin gördüyü işlərin nəticələrini müsbət qiymətləndirir.
Bu barədə "S&P"nin məlumatında bildirilir.
"Son dörd il ərzində AMB-nin yeni rəhbərliyinin fəaliyyətini müsbət qiymətləndiririk. Bütün banklar 2024-cü ildə tətbiq olunmuş korporativ idarəetmə standartlarına riayət edir, müşahidə şuralarının komitələri yenidən strukturlaşdırılıb və müstəqil üzvlər təyin olunub. Son üç ildə kreditləşmənin sürətli artımı ilə bağlı riskləri proaktiv şəkildə azaltmaq məqsədilə tənzimləyici 2025-ci ilin martından 0,5% kontrtsiklik kapital buferini aktivləşdirib. Bundan əlavə, ən sürətli artan istehlak kreditləri və kredit kartlarına dair tənzimləmə qaydaları sərtləşdirilib. Bank sistemi 2024–2025-ci illərdə stabilliyini qoruyub", – hesabatda qeyd olunur.
"S&P" hesab edir ki, Azərbaycan bank sistemində tənzimləmə və nəzarətin modernləşdirilməsi təşəbbüslərinin effektiv icrası onu beynəlxalq standartlara yaxınlaşdırır.
"Bu təşəbbüslər üzrə ən aktiv fəaliyyət son üç ildə AMB sədri Taleh Kazımovun rəhbərliyi altında 2024–2026-cı illər Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində müşahidə olunub. 2024–2025-ci illərin əsas nailiyyətlərinə aşağıdakılar daxildir: korporativ idarəetmə standartlarının tətbiqi, əlaqəli tərəflərlə əməliyyatların tənzimlənməsi, likvidlik idarəetməsinin Basel III tələblərinə uyğun tənzimlənməsi, əməliyyat və bazar risklərinin idarə edilməsinə dair yeni qaydalar və bankların prudensial hesabatlılıq tələbələrinin gücləndirilməsi", – hesabatda deyilir.
Agentlik qeyd edir ki, 2026-cı ildə tənzimləyicilər aşağıdakıları planlaşdırır: bütün banklar üçün risk əsaslı nəzarətin tətbiqi; Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS- 9) sisteminə keçid; bank sisteminin Basel III kapital adekvatlığı standartlarına uyğunlaşdırılmasının idarə edilməsi; stress-test və uzunmüddətli likvidlik idarəçiliyinə dair tələblərin gücləndirilməsi; daxili kapital və likvidlik yetərliyi qiymətləndirmə proseslərinin tətbiqi; nəzarətə konsolidə edilmiş yanaşma və problemlərin həlli çərçivəsinin hazırlanması.
"Bu təşəbbüslərin effektiv icrası Azərbaycan bankları üzrə tənzimləmə və nəzarəti gücləndirməlidir. Tənzimləyici ekoloji, sosial və idarəetmə riskləri daxil olmaqla yeni və ortaya çıxan risklərə daha çox diqqət yetirir. AMB bank sektorunun kibermüqavimətini gücləndirməyə və pul yuyulması və terrorun maliyyələşdirilməsinə qarşı (AML/CFT) tədbirlərin koordinasiyasına davam edir. Son illərdə Azərbaycanda AML/CFT qanunvericiliyi əhəmiyyətli dərəcədə təkmilləşdirilsə də, hələ də bəzi texniki boşluqlar mövcuddur. Hakimiyyət 2023–2025-ci illər üçün AML/CFT üzrə Milli Fəaliyyət Planını tətbiq edib", – S&P hesabatında bildirilir. / banker.az

Banklar     Tarix: 02 mart 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar məzənnəsi dollar manat kursu biznes ideyalari dollar mezenne