"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu "müsbət"ə yüksəltdi
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank"ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "BB-/B" səviyyəsində təsdiqləyərək, reytinq proqnozunu "müsbət"ə yüksəldib.
"S&P Global Ratings"in qərarı ilə bağlı fikrini bölüşən "PAŞA Bank"ın Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, bu addım bankın maliyyə dayanıqlığının və strateji inkişaf xəttinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir:
"S&P Global Ratings" tərəfindən proqnozumuzun "müsbət"ə yüksəldilməsi bankın möhkəm maliyyə göstəricilərinin, ehtiyatlı risk idarəçiliyinin və fəaliyyət göstərdiyimiz mühitin dayanıqlığının təsdiqidir. Biz strateji prioritetlərimiz çərçivəsində davamlı artımın, güclü kapitallaşmanın və yüksək korporativ idarəetmə standartlarının qorunmasına sadiqik".
O əlavə edib ki, Bank bundan sonra da uzunmüddətli dəyər yaradılması, maliyyə dayanıqlığının möhkəmləndirilməsi və səhmdarlar üçün etibarlı tərəfdaş mövqeyinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.
"PAŞA Bank" 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir.
Bankın əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. "PAŞA Bank" Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
PAŞA Bank beynəlxalq maliyyə nəşri "International Investor Magazine" tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada – "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" adına layiq görülüb.
Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə "Euromoney", "International Investor Magazine" və "Global Finance" kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən "Ən yaxşı KOS Bankı" və "World"s Best Private Banks 2025" titullarına layiq görülüb.
Eyni zamanda, Bank 2025-ci ildə "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Cash Back nədir?
Françayzinq nədir və necə olur?
Necə Bitcoin almaq olar?
SMM nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt