S&P "Kapital Bank"ın reytinqini təsdiqləyib, proqnozu "müsbət" saxlayıb
"S&P Global Ratings" "Kapital Bank"ın kredit reytinqini təsdiqləyib və bank üzrə proqnozu "müsbət" səviyyədə saxlayıb.
Agentlik Kapital Bankın uzun və qısamüddətli emitent kredit reytinqlərini "BB-/B" səviyyəsində təsdiqləyib və proqnozun "müsbət" olduğunu bildirib.
S&P qeyd edib ki, Azərbaycanın ən iri üç bankından biri olan Kapital Bank Birbank brendi altında maliyyə və qeyri-maliyyə xidmətlərini birləşdirən rəqəmsal ekosistemi genişləndirməklə pərakəndə bazarda mövqelərini daha da möhkəmləndirir. Agentliyin qiymətləndirməsinə görə, bu yanaşma xüsusilə əməkhaqqı layihələri və pensiya ödənişləri ilə bağlı qanunvericilikdəki son dəyişikliklər fonunda müştəri loyallığını artırır.
S&P əlavə edib ki, bankın kredit portfeli 2025-ci ildə gözləniləndən daha zəif artıb və ümumi kredit portfeli təxminən 4% genişlənib. Bu dinamika isə Kapital Bankın kapitallaşma səviyyəsinin yüksəlməsinə şərait yaradıb.
Agentlik bankın riskə uyğunlaşdırılmış kapital göstəricisinin (RAC) 2026–2027-ci illərdə təxminən 5,75–6,25% diapazonunda olacağını proqnozlaşdırır.
S&P-nin bildirdiyinə görə, növbəti 12–18 ay ərzində Kapital Bankın rəqəmsal təşəbbüsləri bankın maliyyə pərakəndə bazarında lider mövqeyini daha da gücləndirə və iqtisadi risklərin azalması fonunda reytinq üzrə əlavə müsbət potensial yarada bilər. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Cash Back nədir?
Françayzinq nədir və necə olur?
Necə Bitcoin almaq olar?
SMM nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt