"Standard and Poor's" Azərbaycanın 3 bankının kredit reytinqini təsdiqləyib
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının – "Kapital Bank", "PAŞA Bank" və "Muğanbank"ın kredit reytinqini təsdiqləyib.
Bu barədə "S&P Global Ratings"in yaydığı məlumatda bildirilib.
"S&P" "Kapital Bank"ın uzunmüddətli kredit reytinqini "BB-", "PAŞA Bank"ın "B+", "Muğanbank"ın isə "B-" səviyyəsində təsdiqləyib. "Standard and Poors" hər üç bankın baza səviyyədə reytinqini "b+" olaraq qiymətləndirib. Sözügedən bankların reytinqləri üzrə proqnozu isə sabit saxlanılıb.
Qeyd edək ki, "S&P" Mərkəzi Asiya və Qafqaz banklarının median reytinqi isə "B+" səviyyəsində qiymətləndirdiyini açıqlayıb. "Mərkəzi Asiya və Qafqaz bankları üzrə reytinq proqnozlarının əksəriyyəti sabitdir və bu, region banklarının öz bank sistemlərindəki güclü iqtisadi və sənaye tendensiyaları fonunda gələn ildə də güclü maliyyə nəticələri verməyə davam edəcəyinə dair gözləntilərimizi əks etdirir"- "Standard and Poors" əlavə edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
İqtisadi modellər niyə artıq işləmir?
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Bitcoin nədir?
Necə Bitcoin almaq olar?
Ev şəraitində pul qazanmağın yolları
Bitcoin necə işləyir?
Dünyanın ən varlı 10 adamı