"T.C. Ziraat Bankası" Türkiyədə Azərbaycan bank işçiləri ilə öz təcrübəsini paylaşdı

®Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 26-28 Oktyabr tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin nümayəndəsi ilə "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun geniş tərkibli heyətinin ""T.C. Ziraat Bankası""na rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti 158 illik tarixə malik və Dünyanın 18 ölkəsində təmsil olunan ""T.C. Ziraat Bankası""nın fəaliyyət təcrübəsi, rəqəmsal transformasiyası üzrə əldə edilən nailiyyətləri, məhsul və xidmətləri, ödəniş alətləri, o cümlədən ödəniş kartları və bu sahədə tətbiq olunan yeniliklər, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri, innovativ ödəniş həll və texnologiyalarının tətbiqinin öyrənilməsi üçün görüşlər keçirmişlər. Türkiyənin digər iri bankları, maliyyə institutları  və fintekləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Ziraat Bank Azərbaycanın əməkdaşları da Azərbaycan Banklar Assosiasiyasının "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"n üzvləri sırasındadır və təşkil edilmiş görüşlərin iştirakçılarıdır.
"T.C. Ziraat Bankası" Azərbaycanda fəaliyyət göstərən  "Ziraat Bank Azərbaycan" ASC –nin 99.98%-lıq səhm sahibliyinə malikdir və bankın əsas səhmdarıdır. "Ziraat Bank Azərbaycan" ölkənin ən gənc və tez inkişaf edən banklarından biridir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərinə təqdim edir. 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə Bank "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür.
 "Ziraat Bank Azərbaycan" ASC-nin təqdim etdiyi məhsul və xidmətlər haqqında ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 27 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler valyuta kurslari bitcoin qiymeti birbank telefonla pul qazanmaq