"T.C. Ziraat Bankası" Türkiyədə Azərbaycanın bank işçiləri ilə öz təcrübəsini paylaşdı

(®) Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 26-28 Oktyabr tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin nümayəndəsi ilə "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun geniş tərkibli heyətinin ""T.C. Ziraat Bankası""na rəsmi səfəri baş tutmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti 158 illik tarixə malik və Dünyanın 18 ölkəsində təmsil olunan ""T.C. Ziraat Bankası""nın fəaliyyət təcrübəsi, rəqəmsal transformasiyası üzrə əldə edilən nailiyyətləri, məhsul və xidmətləri, ödəniş alətləri, o cümlədən ödəniş kartları və bu sahədə tətbiq olunan yeniliklər, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri, innovativ ödəniş həll və texnologiyalarının tətbiqinin öyrənilməsi üçün görüşlər keçirmişlər. Türkiyənin digər iri bankları, maliyyə institutları  və fintekləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Ziraat Bank Azərbaycanın əməkdaşları da Azərbaycan Banklar Assosiasiyasının "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"n üzvləri sırasındadır və təşkil edilmiş görüşlərin iştirakçılarıdır.
"T.C. Ziraat Bankası" Azərbaycanda fəaliyyət göstərən  "Ziraat Bank Azərbaycan" ASC –nin 99.98%-lıq səhm sahibliyinə malikdir və bankın əsas səhmdarıdır. "Ziraat Bank Azərbaycan" ölkənin ən gənc və tez inkişaf edən banklarından biridir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərinə təqdim edir. 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə Bank "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür.
 "Ziraat Bank Azərbaycan" ASC-nin təqdim etdiyi məhsul və xidmətlər haqqında ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 
/ marja.az

Banklar     Tarix: 27 oktyabr 2022

Oxşar xəbərlər

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. "Raha

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə


iqtisadi xeberler dollar məzənnəsi rubl mezenne valyuta xeberleri iqtisadiyyat xeberleri