Taleh Kazımov bank rəhbərləri ilə banklararası pul bazarının aktivləşdirilməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən bankların rəhbərlərilə görüşərək banklararası pul bazarının aktivləşdirilməsini müzakirə edib.
Banker.az xəbər verir ki, Taleh Kazımov bu barədə özünün "Twitter" hesabında qeyd edib.
O bildirib ki, görüşdə yeni əməliyyat çərçivəsi, banklararası pul bazarının aktivləşdirilməsi, açıq bazar və daimi imkanlar alətlərinin işə salınması, bunlarla bağlı digər mövzuları ehtiva edən təqdimatlar ətrafında geniş müzakirələr keçirilib. Həmçinin 12-17 oktyabr tarixlərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantılarında iştirakımız çərçivəsində banklararası əlaqələrin inkişafı, müxbir hesabların yaradılması istiqamətində şaxələndirmənin təmin edilməsi məqsədilə keçirilmiş görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Avropadan Azərbaycana pul köçürmələri 56% artıb
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
"Sizin Lombard" ödənişləri "M10"-da ®
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Elon Musk kimdir?
SMM nə deməkdir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın ən zəngin idmançıları