Taleh Kazımov dayanıqlı maliyyə təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb

Taleh Kazımov dayanıqlı maliyyə təşəbbüsləri ilə bağlı fikirlərini bölüşübQlobal iqlim dəyişikliyi ilə bağlı mübarizə fonunda dayanıqlı maliyyə taksonomiyaları investisiyaların ətraf mühit və sosial məqsədlərə uyğunlaşdırılmasında mühüm vasitəyə çevrilib. Bu taksonomiyalar "dayanıqlı" təsnifatına uyğunluğu müəyyənləşdirərək investorlar, şirkətlər və aidiyyəti tərəflərə iqlim fəaliyyəti üçün kapitalın bölüşdürülməsi ilə bağlı əsaslı qərarlar qəbul etməyə kömək edir. Mərkəzi Bank 2022-ci ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən dəstəklənən Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin (DBMŞ) fəal üzvü kimi dayanıqlılıq  sahəsində  mühüm  təşəbbüslər  həyata  keçirir. 
Azərbaycan Mərkəzi  Bankının  sədri  Taleh Kazımovun BMK-nın Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Alfonso Qarsia  Mora  ilə  bu strateji  təşəbbüslərə  dair  fikirləri  beynəlxalq  ictimaiyyətin  diqqətinə çatdırılıb.
Məqalədə bildirilib ki, Mərkəzi Bank milli və regional taksonomiyaların, Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların müəyyənləşdirdiyi çərçivələrə uyğunlaşdırılmasını təklif edərək dayanıqlı maliyyəyə praktik, həm də qlobal səviyyədə tanınan yanaşmanın təşviqini hədəfləyir.
Bir çox ölkə artıq dayanıqlı maliyyə taksonomiyalarını qəbul etsə də, hüquqi çərçivələr arasında uyğunluğun olmaması müəyyən çətinliklər yaradır. Məqalədə vurğulanıb ki, müxtəlif standartların yaranması investisiya mühitində uyğunsuzluqlara və qlobal səviyyədə tanınan aktiv sinfinin yaradılmasına mane olur. Bu maneələri aradan qaldırmaq üçün vahid qlobal yanaşmanın tətbiqinin zəruri olduğu bildirilib. Belə ki, bu yanaşma universal prinsipləri, tərifləri və göstəriciləri əhatə edərək iqlim maliyyəsinin səmərəli axınını və emitentlər üçün daha yaxşı maliyyə şərtlərini təmin edəcək.
Hər bir ölkənin xüsusi iqtisadi prioritetlərini və çağırışlarını nəzərə alan müştərək dayanıqlı maliyyə yanaşmasının tətbiqi çox vacib olduğu bildirilib.
Məqalədə qeyd olunub ki, Mərkəzi Bank COP29 tədbirində Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi və Beynəlxalq Dayanıqlı Maliyyə Platformasının Ümumi Çərçivə Taksonomiyası kimi beynəlxalq nailiyyətlərə əsaslanan bir həll yolu təklif edəcək. Mərkəzi Bank milli adaptasiyaya çevik yanaşmanı qorumaqla taksonomiyaların uyğunlaşdırılmasına kömək edən sistemin yaradılması üçün qarşılıqlı fəaliyyət və əməkdaşlığı təşviq edəcəkdir.
Taleh Kazımov Mərkəzi Bankın qarşılıqlı fəaliyyət imkanlarını genişləndirmək və dayanıqlı maliyyə sahəsində innovasiyaları təşviq etmək üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyini bildirib. O, bu yanaşmanın daha dərin və likvid bazarların yaradılmasına, eləcə də sıfır emissiya hədəflərinə töhfə verəcək yaşıl layihələrə yatırılan investisiyaların təşviq edilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini ifadə edib.
Qeyd olunub ki, Mərkəzi Bank qlobal standartlarla yerli çeviklik arasında balans yaradan mərhələli yanaşmanı müdafiə edir. Mərkəzi Bankın 70-dən çox inkişaf etməkdə olan ölkəni bir araya gətirən DBMŞ ilə qarşılıqlı fəaliyyət qabiliyyətini təşviq edən, həmçinin yerli kontekstləri və prioritetləri nəzərə alan təlimatların hazırlanmasına töhfə verdiyi bildirilib.
Sədr Mərkəzi Bankın dayanıqlı maliyyə taksonomiyalarına qlobal yanaşmanın tətbiqində və sıfır emissiyaya doğru irəliləyişin təmin edilməsində qərarlı olduğunu vurğulayıb.
Məqalə ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz:
How to create a global approach on sustainable finance taxonomies - Sustainable Views / marja.az

Banklar     Tarix: 04 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler leobank kart biznes xeberleri bitkoin almaq biznes qurmaq