Tələbələrin köçürülməsi üzrə sənəd qəbuluna başlanılıb

Tələbələrin köçürülməsi üzrə sənəd qəbuluna başlanılıbBu gün saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılıb.
Elm və Təhsil Nazirliyindən  verilən xəbərə görə, sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək.
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.
Portala müraciət edən şəxslər köçürülmək (bərpa olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndərə bilərlər.
Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Proseslə bağlı əlavə məlumat əldə etmək üçün Elm və Təhsil Nazirliyinin 146-6 Çağrı Mərkəzi və ya rəsmi "Whatsapp" xidməti ilə (+994 51 206 78 48) əlaqə saxlamaq mümkündür. / marja.az

Maraqlı     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

Google süni intellekt əsaslı "Search Live" funksiyasını qlobal miqyasda istifadəyə verdi

Google süni intellektlə dəstəklənən, danışıq əsaslı axtarış funksiyası Search Live-ın süni intellekt rejiminin mövcud olduğu bütün dillər və regionlar üzrə qlobal şəkildə genişləndirildiyini açıqlayıb. Google bu genişlənm

Norveç yol ayrıcında: ölkə hələ də neft və qazdan asılı olan iqtisadiyyatını şaxələndirmək üçün mübarizə aparır

Yaxın Şərqdə müharibə fonunda yanacaq qiymətlərinin artması iqtisadi inkişaf üçün başqa mənbələr axtarmaq stimulunu azaldır. Norveç iqtisadiyyatını neft və qazdan digər mənbələrə keçirməyə getdikcə daha az maraq göstərir

Warren Baffetdən məsləhət: vecinə almamağın sənəti — xoşbəxt həyat üçün 5 sadə yol

Warren Baffet maliyyə dahisi kimi tanınır, amma onun əsl üstünlüyü heç vaxt yalnız intellektində olmayıb. Onu fərqləndirən əsas cəhət xarakteri və daxili tarazlığı olub. O, Uoll-Stritin səs-küyü əvəzinə Omahada sakit həyat

Dünyanın ən çox tələb olunan maşınını yaratmaq uğrunda yarış

ASML süni intellekt üçün nəzərdə tutulan qabaqcıl çiplərin kütləvi istehsalı üçün lazım olan avadanlığın yeganə təchizatçısıdır. Veldhoven, Niderland. Böyük texnologiya şirkətləri süni intellekt infrastrukturu üçün yüz milyardlarl

Araşdırma göstərir: ChatGPT daha sürətli öyrənməyə kömək edə bilər — lakin bir "amma" var

Yeni araşdırmaya görə, süni intellekt çat-botları "kognitiv qoltuq ağacı" rolunu oynayaraq məlumatın yadda qalmasını zəiflədə bilər. Tədqiqat Rio-de-Janeyro Federal Universitetinin süni intellekt üzrə eksperti Andr

Çarli Manqerə görə çox uğurlu insanların hər gün etdiyi 7 şey

Çarli Manqer onilliklər boyu həqiqətən uğurlu insanları digərlərindən nə ayırdığını araşdırıb. Onun gəldiyi nəticə həm sadə, həm də tələbkardır: "Maraqlıdır ki, bizim kimilər uzunmüddətli üstünlüyü çox ağıllı olmağ

Görüləcək işlər borc deyil, töhfədir: işlərin öhdəsindən gəlməyin zərif yolu

Görüləcək işlər siyahısı seçim edə biləcəyiniz menyudur, davranış elmləri üzrə mütəxəssis Denni Kenni deyir. Bazar günü axşamdır. Qarşıdakı həftə üçün görüləcək işlər siyahıma baxıram və tanış ağırlıq hissi sinəmə çökür

Donald Tramp ABŞ iqtisadiyyatına neçəyə başa gəlir? — The Economist

Donald Trampın Ağ evə qayıdışından sonra ABŞ iqtisadiyyatı inkişaf etmiş ölkələrin əksəriyyətindən daha güclü görünməyə davam edib. 2025-ci ildə ABŞ ÜDM-i 2,1% artdığı halda, Böyük Britaniya, Fransa və Yaponiya iqtisadiyyatlar

İnteqrasiyanın gücü: niyə yaradıcı insanlar tək bir yol seçməkdə çətinlik çəkirlər

Bir çox insan sanki həyatda aydın və tək bir trayektoriya ilə irəliləyir. Onların bir peşəsi olur və bu peşə çox vaxt şəxsiyyətlərinin mühüm hissəsinə çevrilir. Amma bir çoxumuz üçün vəziyyət belə deyil. Bizi tez-tez müxtəli


iqtisadi xeberler depozit faizleri biznes ideyalari rubl mezenne kicik biznes