Ticarət müharibəsi dollara necə təsir edəcək?
İnvestorlar ABŞ prezidenti Donald Trampın ticarət müharibəsini alovlandırması ilə Dolların bahalaşacağını gözləyirlər. Tramp seçiləndən bəri sadəcə tariflərin müzakirəsi dolları bir qədər güclənməsinə üçün kifayət edib.
Marja xəbər verir ki, kKeçən həftə Dollar İndeksi təxminən 1% yüksəlib. Dolların bahalaşması - gömrük rüsumlarının (tariflərin) inflyasiya təzyiqlərini gücləndirəcəyi və ABŞ-ın (FED) faiz dərəcələrini yüksək saxlayacağı, eyni zamanda ABŞ-dan daha çox xarici iqtisadiyyatlara zərər verəcəyi və dolların etibarlı "sığınacaq" cəlbediciliyini artıracağı iddiaları ilə şərtlənir.
ABŞ-ın daha bahalı idxala tələbatının azalacağı fikri də xarici valyutalara mənfi təsir göstərir. Uzun dollar mövqeləri keçən həftənin sonunda yüksək olaraq qalıb. "Eurizon SLJ Capital"ın baş direktoru Stiven Cen, "Bu, qısa müddətdə möhkəmlənən dolları və daha yüksək ABŞ istiqrazlarının gəlirliliyini dəstəkləyəcək" deyib.
"Mizuho Securities"in strateqi Şoki Omori, "Trampın dolların çox güclü olduğu barədə bəyanatı maliyyə bazarlarına təsir göstərsə də, ümumi proqnoz dəyişməyib. ABŞ-da tariflər və inflyasiya təzyiqləri, çox güman ki, dolların bahalaşması istiqamətində əsas tendensiyanı davam etdirəcək" deyib.
Qeyd edək ki, Tramp Çindən idxala 10 faiz, Kanada və Meksikadan idxala isə 25 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Qərar Fevralın 4-dən qüvvəyə minəcək. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
McDonalds haqqında maraqlı faktlar
Françayzinq nədir və necə olur?
Ən çox gəlir gətirən onlayn bizneslər
1000 manatla hansı biznesi qurmaq olar?
Birbank xidmətinə necə qoşulmaq olar?