"Tinkoff Biznes" Azərbaycana manat köçürmələrinə başlayıb
"Tinkoff Biznes" Rusiya Federasiyasında hüquqi şəxslər üçün xarici ölkələrə valyuta köçürmələri imkanlarını genişləndirib.
Marja.az "Tinkoff Biznes"inməlumatına istinadən xəbər verir ki, indi Rusiya şirkətləri Azərbaycan, Belarus, Braziliya, Qırğızıstan və Tacikistandan olan kontragentlərlə "Tinkoff" vasitəsilə milli valyutalarda hesablaşa bilər.
Biznes müştəriləri üçün Azərbaycan manatında (AZN) mədaxil və məxaric əməliyyatlar əlçatandır. Beləliklə, Rusiya şirkətləri biznes tərəfdaşlarına milli valyutalarda ödəniş həyata keçirə bilər və ikiqat konvertasiya səbəbindən faiz itirmir.
"Bir çox Rusiya şirkəti Azərbaycan, Belarus, Braziliya, Qırğızıstan və Tacikistandan olan sahibkarlarla fəal işləyir. Biz müştərilərimizdə yaranan çətinlikləri başa düşürük və buna görə də yeni ölkələrdə banklarla müxbir əlaqələri inkişaf etdirməyə davam edirik. Xarici tərəfdaşlarla hesablaşmaq üçün əlavə valyutalar xarici köçürmələrin daha sürətli və əlavə komissiyalar və ikili konvertasiya zərərləri olmadan edilməsinə kömək edəcək", - "Tinkoff Biznes"in Məhsullar İdarəsinin rəhbəri Leonid Nazarov bildirib.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Biznes plan necə yazılır?
Ən çox gəlir gətirən onlayn bizneslər
Start-up nədir?
İlon Mask kimdir?
Dünyanın ən zəngin idmançıları