"Turan Bank" investisiya portfelinə rəqib bankların istiqrazlarını da daxil edib

"Turan Bank" ASC 2022-ci ildə investisiya qiymətli kağızlar üzrə portfelini 23.91 mln. manat və ya 88 faiz yüksəldib.
Banker.az bunu bankın illik audit hesabatına istinadən xəbər verir.
Belə ki, bu portfel 1 yanvar 2023-cü il tarixinə 51.18 mln. manat olub.
Bankın investisiya portfelinin əsas hissəsində risksiz sayılan dövlət istiqrazlarına (Maliyyə Nazirliyi buraxır) yatırım edib və portfel bir il ərzində 17.51 mln. manatdan 46.98 mln. manata çatıb. Bu istiqrazlar üzrə orta gəlirlilik 5.73% təşkil edir.
"Turan Bank" ötən rəqib "Bank Respublika" ASC-nin 8.5% gəlirlilik təklif edən 15 mln. manatlıq istiqrazlarının 1.25 mln. manatını portfelinə daxil edib. Əlavə olaraq Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən emissiya edilmiş 6% gəlirlilik təklif edən 1 mln. manatlıq qiymətli kağızlarını alıb.
Portfelinə 3.00% illik gəlirliliklə 0.85 mln. manat ekvivalentində ABŞ-nin Xəzinə veksellərini əldə edib. Audit hesabatında bu istiqrazların son ödəniş tarixinə dair məlumat təqdim edilməyib, lakin rəqəm də portfelə görə olduqca kiçikdir.
Bank 2022-ci ildə investisiya qiymətli kağızlar üzrə portfelindən cəmi 0.51 mln. manat faiz gəliri əldə edib, bu öncəki ildə 0.29 mln. manat olub.
31 dekabr 2022-ci il tarixinə bank investisiya qiymətli kağızları üzrə 0.75 mln. manat məbləğində ədalətli dəyər zərəri tanıyıb. Bu öncəki ildə sıfıra bərabər idi.
Qeyd edək ki, bankın pay qiymətli kağızlar üzrə əlavə 0.53 mln. manatlıq kağızları var.

Banklar     Tarix: 01 iyun 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq