TuranBank Beynəlxalq Maliyyə Korporasiyası ilə növbəti layihəyə start verdi

TuranBank Beynəlxalq Maliyyə Korporasiyası ilə növbəti layihəyə start verdi(®) Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank və Beynəlxalq Maliyyə Korporasiyası arasında kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalanmışdır.
Bu barədə Turanbankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, layihə çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası yeni kənd təsərrüfatı kredit məhsullarının hazırlanmasında Banka dəstək göstərəcək.
Hazırlanacaq məhsul konsepsiyalarını müzakirə etmək və dəyər zəncirində iştirak edən aqrobizneslərin ehtiyaclarına uyğunlaşdırmaq üçün Beynəlxalq Maliyyə Korposasiyası məhsul istehsalçılarının iştirak edəcəyi Dəyirmi Masa müzakirəsi təşkil edəcək. Bundan başqa layihə çərçivəsində Bankın kənd təsərrüfatı kredit portfelinin keyfiyyətinin təmin edilməsi və mütəxəssislərinin kredit anderraytinq biliklərinin artırılması istiqamətində müvafiq mövzularda təlimlər təşkil ediləcək.
Layihənin icrası regionlarda kənd təsərrüfatı kreditləşmə imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı kreditlərinə çıxışın artırılması və bu sahədə qabaqcıl təcrübələrin tətbiq edilməsi istiqamətində Bankın apardığı işlərin nəticələrinə müsbət təsir göstərəcək.
Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən TuranBank 10 ildən çox müddətdir ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edir.
TuranBank-ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 Çağrı Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 19 aprel 2023

Oxşar xəbərlər

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU

Azərbaycanda fiziki şəxslərin ən az depoziti olduğu bank məlum olub. Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar. biznes və maliyyə xəbərləri portalının ölkə bankları üzrə tərtib etdiyi fiziki şəxslərin depozitlərini

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla


iqtisadi xeberler valyuta mezennesi dollar kursu 1000 manatla biznes bitcoin qiymeti