"Turanbank" böyüyür – Aktivləri 1 milyard manatı keçən növbəti bank ola bilər

"Turanbank" ASC 2023-cü ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
FAİZ GƏLİRLƏRİ 10 MİLYON MANATDAN ÇOX ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az xəbər verir ki, "Turanbank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 10 milyon 219 min manat və ya 36,2% artaraq 38 milyon 473 min manat, qeyri-faiz gəlirləri isə 478 min manat və ya 8,7% azalaraq 5 milyon 38 min manat təşkil edib.
ƏMƏLİYYATI MƏNFƏƏTDƏDİR
2023-cü ilin birinci yarısında "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 43 milyon 511 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 41 milyon 799 min manat, əməliyyat mənfəəti 1 milyon 712 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 16 milyon 498 min manat ayırıb. Ehtiyat Mərkəzi Bankın qaydalarına uyğun olaraq Bankın gələcəkdə daha sağlam fəaliyyət göstərməsi, baş verə biləcək zərərləri kompensasiya edə bilməsi, müştəriləri qarşısında öhdəlikləri vaxtında yerinə yetirməsi üçün yaradılır. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Turanbank"ın cəmi əməliyyat gəlirləri 33 milyon 770 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 577 min manat, əməliyyat mənfəəti 3 milyon 194 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 483 min manat ayırmışdı.
BANK BÖYÜYÜR, AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIB
"Turanbank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 109 milyon 166 min manat və ya 13,3% artaraq 30 iyun 2023-cü il tarixində 929 milyon 987 manat təşkil edib.
İPOTEKA KREDİTLƏRİ 100 MİLYON MANATI KEÇİB
"Turanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 27 milyon 27 min manat və ya 4,9% aataraq 575 milyon 522 min manata yüksəlib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 3 milyon 446 min manat artaraq 142 milyon 239 min manata, biznes kreditləri portfeli 17 milyon 23 min manat artaraq 330 milyon 877 min manata, ipoteka kreditləri portfeli isə 6 milyon 558 min manat artaraq 102 milyon 405 min manata çatıb. 
"Turanbank"ın digər banklarda depozitləri 61 milyon 620 min manat və ya 85,5% artaraq 133 milyon 665 min manata yüksəlib.
FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ 60 MİLYON MANATA YAXIN ARTIB
"Turanbank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 54 milyon 777 min manat artaraq 484 milyon 51 min  manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 59 milyon 598 min manat artaraq 387 milyon 502 min manata qalxıb, hüquqi şəxslərin depozitləri isə  4 milyon 820 min manat azalaraq 96 milyon 550 min manata düşüb.
30 İyun 2023-cü il tarixində "Turanbank"ASC 81 milyon 385 min manat məcmu kapitala malik olub, bu da Mərkəzi Bankın 50 milyon manat olan minimal tələbindən xeyli yüksəkdir.

Banklar     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler birbank bitcoin bitcoin qiymeti dollar mezenne