TuranBank maliyyə vəziyyətini açıqladı

TuranBank maliyyə vəziyyətini açıqladıBu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2022-ci ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.
Bankın yaydığı press-relizdə bildirilir ki, real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən "TuranBank" cari ilin 9 ayını rübünü 2,1 milyon manat mənfəətlə başa vurub. 
2022-ci ilin 9 ayının yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 20% və ya 142,9 milyon manat artaraq 857,9 milyon manat, müştərilərə verilmiş kreditlər 21,2% və ya 92,4 milyon manat artaraq 528,8 milyon manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditlər 15,9% və ya 42,2 milyon manat artaraq 307 milyon manat təşkil etmişdir. 
Qeyd edilib ki, daim etibarlılıq prinsiplərinə sadiq qalan TuranBank ASC-nin depozitlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2022-ci ilin III rübünün sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 18% və ya 74,9 milyon manat artaraq 492,4 milyon manat, fiziki şəxslərin depozitləri isə 22,9% və ya 58,9 milyon manat artaraq 316,6 miylon manat təşkil etmişdir. 
2022-ci ilin III rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq Maliyyə İnstitutları ilə aktiv fəaliyyətini davam etdirmişdir. Belə ki, TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında "Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı" çərçivəsində həyata keçirilən layihələr uğurla tamamlanmışdır.       
Qeyd edilib ki, adıçəkilən layihə Avropa Birliyi EU4Business Initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir. Məlumat üçün bildirək ki, TuranBank ASC institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD),   EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur. 
Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılmış, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. 2022-ci ilin III rübü ərzində TuranBank ASC mobil əlavəsi üzərindən "Göy ulduz-2" xidməti müştərilərin ixtiyarına verilmişdir. Bu xidmətə əsasən TuranBank ASC-dən nağd və biznes krediti götürən müştərilər kredit məbləğinə, həmçinin aylıq kredit ödənişinin mobil tətbiqdən ödənilməsinə görə "göy ulduz" – bonusu qazanır. Toplanan göy ulduzlarla isə mobilbank daxilində müxtəlif ödənişlər həyata keçirmək mümkündür. Bununla yanaşı hesabat dövrü ərzində TuranBank ASC mobil əlavəsi və internetbankı üzərindən "Xidmətlər bölümü" istifadəçilərin ixtiyarına verilmişdir. Belə ki, istifadəçilər Banka gəlmədən itirilmiş və ya zədələnmiş kartını TuranBank mobilbank və internetbankından yeniləyə və ya mövcud kartının müddətini asanlıqla uzada bilər, həmçinin kart və ya cari hesab üzrə rekvizitlərini, çıxarışını əldə edə bilərlər. Həmçinin mobilbank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank ASC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı qeyd olunan keçidə daxil olaraq əldə edə bilərsiniz: .
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsinivə ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank maliyyə vəziyyətini açıqladıTuranBank maliyyə vəziyyətini açıqladıTuranBank maliyyə vəziyyətini açıqladı/ marja.az

Banklar     Tarix: 25 oktyabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler investisiya valyuta mezennesi internetden pul qazanmaq birbank