TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır
TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə kredit sazişi imzalanıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir.Cəlb olunan vəsaitlər TuranBanka istər qeyd olunan təşkilata üzv ölkələr, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq."Əminik ki, imzalanmış müqavilə müştərilərimizə rəqabətədavamlı maliyyə alətləri təqdim etməklə Azərbaycanda idxal-ixrac fəaliyyətini daha da stimullaşdıracaq və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək" deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib. Məlumat üçün qeyd edək ki, ECO Ticarət və İnkişaf Bankı ilə imzalanmış müqavilə sayca dördüncü sazişdir. Belə ki, bankımız əvvəlki illərdə də bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti cəlb etmişdi.Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişaf Bankı region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10