"TuranBank" "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb

"TuranBank" "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıbSosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək göstərəcək.

Qeyd edək ki, "Üçüncü Bahar" İctimai Birliyinin əsas məqsədi yaşlı insanları bir araya toplayaraq onların asudə vaxtını səmərəli keçirməsini təmin etmək, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında aktiv iştirakını təşviq etməkdir. Bu məqsədlə "YAŞA" Mərkəzlərində yaşlıların təhsil və məşğulluq imkanlarını genişləndirən müvafiq silsilə təlim-tədris proqramları həyata keçirilir. Mərkəzlərdə iştirakçılara maliyyə savadlığı, xarici dil, kompüter, qurama, rəsm və vitraj üzrə təlimlər, həmçinin idman, rəqs, yaradıcılıq dərnəkləri və fərdi kitabxana daxil olmaqla geniş spektrli fəaliyyətlər təqdim edilir.

TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində aktiv layihələr həyata keçirir. Bu əməkdaşlıq Bankın cəmiyyətin bütün təbəqələrinə qayğı göstərmək missiyasının davamıdır.

2017-ci ildə təsis edilmiş "Üçüncü Bahar" İctimai Birliyi ölkədə yaşlı nəslin nümayəndələrinin sosial rifahının yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasını təmin etməklə fəal yaşlanma mühitinin yaradılması istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas strateji prioritetləri maarifləndirmə, yaradıcılıq, sağlamlıq, o cümlədən sosial sahibkarlıq istiqamətlərini əhatə edir.

Fəaliyyət göstərdiyi 9 il ərzində birliyin fərqli regionlarda yerləşən 4 mərkəzi vasitəsilə 45 000-dən çox benefisiar xidmətlərə cəlb edilib. Hazırda Bakıda fəaliyyət göstərən "YAŞA" Mərkəzləri həftəlik orta hesabla 350-400 nəfərə, regional mərkəzlər isə 70-80 nəfərə xidmət göstərməkdədir. Qeyd edək ki, "YAŞA" Mərkəzlərində təqdim olunan bütün xidmətlər yaşlılar üçün təmənnasız əsaslarla həyata keçirilir.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Banklar     Tarix: 10 fevral 2026

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler valyuta kurslari bank faizleri valyuta mezennesi dollarin kursu bu gun