TuranBank və ITFC arasında Azərbaycanda özəl sektorun və KOS subyektlərinin dəstəklənməsi məqsədilə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə sazi

TuranBank və ITFC arasında Azərbaycanda özəl sektorun və KOS subyektlərinin dəstəklənməsi məqsədilə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə sazi®Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC ilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzvü olan Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 10 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Saziş beynəlxalq ticarət əməliyyatları üçün maliyyələşmə həllərini şaxələndirməyi, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını artırmağı hədəfləyir.
Strateji tərəfdaşlığın əsas məqsədi ölkələrarası idxal-ixrac əməliyyatlarını genişləndirmək, Azərbaycanda beynəlxalq ticarət fəaliyyətini stimullaşdırmaq, habelə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına əlçatanlığını təmin etməkdir. Saziş çərçivəsində ayrılmış vəsait yerli müəssisələrin ixrac potensialının gücləndirilməsinə və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafının dəstəklənməsinə yönəldiləcək.
ITFC-nin Əməliyyat üzrə Baş Direktoru Nazim Noordali: "TuranBank ilə qurulan tərəfdaşlıq, üzv ölkələrdə dayanıqlı iqtisadi artımın hərəkətverici qüvvəsi olan özəl sektorun və kiçik və orta sahibkarlığın (KOS) rolunun möhkəmləndirilməsinə dair davamlı öhdəliyimizin bariz nümunəsidir. ITFC-nin ticarətin təşviqi və ticarət maliyyələşdirilməsinə çıxış imkanlarının artırılması missiyamıza müvafiq olaraq, bu əməkdaşlıq İslam maliyyələşdirmə həllərinin miqyasını genişləndirəcək və KOS-ların beynəlxalq ticarət əməliyyatlarını artırmasına lazımi dəstəyi təmin edəcəkdir."
TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev: "ITFC ilə imzaladığımız bu saziş ölkənin ticarət dövriyyəsinin canlandırılmasına xidmət edir. Sözügedən maliyyə xətti müştərilərimizə daha çevik ticarət həlləri təklif etməyə və onlara qlobal bazarlarda geniş imkanlar yaradacaqdır. Eyni zamanda, bu əməkdaşlıq TuranBank-ın beynəlxalq maliyyə bazarlarındakı aktiv fəaliyyətinin və yerli sahibkarlıq subyektlərinə göstərdiyi davamlı dəstəyin növbəti göstəricisidir"
Bu saziş ITFC-nin Azərbaycandakı fəaliyyətinin artan dinamikasını təsdiq edir və hər iki qurumun özəl sektor üçün ticarətin maliyyələşdirilməsi həllərinin təkmilləşdirilməsi istiqamətindəki ortaq hədəflərini əks etdirir.
TuranBank haqqında:
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az
Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) haqqında:
Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) İslam İnkişaf Bankı (IsDB) Qrupunun üzvüdür. 2008-ci ilin yanvar ayından fəaliyyətə başlayan ITFC, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ehtiyacları üçün 92 milyard ABŞ dollarından çox maliyyə vəsaiti ayıraraq, bu ölkələr üçün ticarət həllərinin aparıcı təminatçısına çevrilib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə və ondan kənarda ticarətin inkişafı üçün hərəkətverici qüvvə olmaq missiyasını daşıyan Korporasiya, üzv ölkələrdəki qurumların ticarətin maliyyələşdirilməsi imkanlarına daha rahat çıxışını təmin edir və onlara qlobal bazarda uğurla rəqabət aparmağa imkan verən zəruri potensialın artırılması alətlərini təqdim edir.
Twitter: @ITFCCORP
Facebook: @ITFCCORP
LinkedIn: International Islamic Trade Finance Corporation (ITFC)
Tel: +966 12 646 8337
Fax: +966 12 637 1064
E-mail: [email protected]
TuranBank
Bizimlə etibarlıdır… / banker.az

Banklar     Tarix: 06 aprel 2026

Oxşar xəbərlər

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya