"TuranBank"da Baş Direktor vəzifələrinə təyinatlar olub – Fotolar

TuranBank ASC-də Biznesin İnkişafı və Pərakəndə Bankçılıq üzrə Baş Direktorlar təyin edilib.
Banker.az saytının məlumatına görə, Pərakəndə Bankçılıq üzrə Baş Direktor vəzifəsinə Rəhman Əliyev, Biznesin İnkişafı üzrə Baş Direktor vəzifəsinə isə Ramil Xəlilov təyin olunub. Məsul şəxs olaraq Rəhman Əliyevə Pərakəndə Bankçılıq, eləcə də Məhsullar və Layihələrin idarə edilməsi Departamentlərinin, Ramil Xəlilova isə İnstitusional Bankçılıq və Marketinq, Hüquq Departamentlərinin, həmçinin Keyfiyyətə Nəzarətin Təşkili Şöbəsinin fəaliyyətləri həvalə edilib.
Məlumat üçün bildirək ki, Pərakəndə Bankçılıq üzrə Baş Direktor təyin edilən Rəhman Əliyev ümumilikdə bank sektorunda 18 illik təcrübəyə malikdir. O, 2004-cü ildən AccessBank-da müxtəlif vəzifələrdə çalışmış, 2013-cü ildən Komisyon Gəlirlərin İnkişafı Departamentinin, sonradan Qeyri-kredit Məhsullarının Satış və Bank xidmətləri Departamentinin direktoru kimi fəaliyyət göstərmişdir. 2020-ci ildən etibarən Rəhman Əliyev fəaliyyətini TuranBank-da davam etdirərək Satış Departamentinin direktoru, 2022-ci ilin fevral ayından sözügedən təyinata qədər isə TuranBank-da Satış üzrə Baş Direktorun müavini vəzifəsini icra edib.
Biznesin İnkişafi üzrə Baş Direktor təyin edilən Ramil Xəlilov ümumilikdə bank sahəsində 10 ildən artıq təcrübəyə malikdir. O, 2012-ci ildən etibarən TuranBank-da müxtəlif vəzifələrdə çalışmış, 2014-2017-ci illərdə isə Beynəlxalq Əlaqələr və Maliyyə İnstitutları ilə İş Şöbəsinin rəhbəri kimi fəaliyyət göstərmişdir. Qeyd edək ki, Ramil Xəlilov 2017-ci ildən sözügedən təyinata qədər TuranBank-da Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsini icra edib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Banklar     Tarix: 28 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler valyuta kurslari bitcoin qiymeti birbank telefonla pul qazanmaq