Türkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıb

Türkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıb"Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 4 milyon 129 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 811 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 318 min manat və ya 8,3% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 6 milyon 85 min manat və ya 41,3% artaraq 20 milyon 834 min manat, qeyri-faiz gəlirləri isə 611 min manat və ya 10,1% artaraq 6 milyon 634 min manat təşkil edib.
6 AYLIQ ƏMƏLİYYAT MƏNFƏƏTİ 10 MİLYON MANATDAN ÇOXDUR
2023-cü ilin birinci yarısında "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 27 milyon 467 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 772  min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 10 milyon 200 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 6 milyon 71 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin  birinci yarısında "Ziraat Bank Azərbaycan"ın əməliyyat mənfəəti 8 milyon 838 min manat təşkil etmişdi və ehtiyata 5 milyon 27 min manat ayırmışdı.
BANK BÖYÜYÜB
"Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 141 milyon 456 min manat və ya 26,7% artaraq 30 iyun 2023-cü il tarixində 670 milyon 356 min manat təşkil edib.
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 30 milyon 377 min manat və ya 9,6% artaraq 347 milyon 957 min manata çatıb. 
DEPOZİT PORTFELİNDƏ BÖYÜK ARTIM
"Ziraat Bank Azərbaycan"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 135 milyon 156 min manat və ya 42,5% artaraq 452 milyon 962 min manata çatıb. O cümlədən, fiziki şəxslərin müddətli depozitləri 49 milyon 470 min manat və ya 49,5% artaraq 149 milyon 339 min manata çatıb. Bankda hüquqi şəxslərin tələbli depozitləri isə 120 milyon 50 min manat və ya 114% artaraq 225 milyon 754 min manata yüksəlib.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
30 İyun 2023-cü il tarixində "Ziraat Bank Azərbaycan" 107 milyon 435 min manat məcmu kapitala malik olub.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. 
Türkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıbTürkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıbTürkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıbTürkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıbTürkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıbTürkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıbTürkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıb

Banklar     Tarix: 26 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler birbank bitcoin bitcoin qiymeti dollar mezenne