Türkiyənin məşhur ailəsinə məxsus holdinqdə - 1 MİLYARD DOLLAR XALİS MƏNFƏƏT
Türkiyənin məşhur biznes-maliyyə qurumlarından olan "Koç Holdinqin" xalis mənfəəti bu ilin 3-cü rübündə rekord vurub.
FED.az xəbər verir ki, 3-cü rübün nəticələrinə görə, holdinqin xalis mənfəəti ötən illə müqayisədə 4 dəfə artaraq 19,9 milyard lirəyə və ya 1 milyard 60 milyon dollara yüksəlib.
Xatırladaqki, Holdinq ötən ilin eyni dövrünü 4,11 milyard lirə mənfəətlə tamamlamışdı.
Bu dövrdə şirkətin satışlarının həcmi 3 dəfə artaraq 261 milyard lirə olub, əvvəlki ilə isə bu göstərici 91,7 milyard lirə olmuşdu.
2022-ci ilin ilk 9 ayında Koç Holdinq konsolidə edilmiş əsasda 646,9 milyard TL ümumi gəlir əldə edib və 24,1 milyard TL birgə investisiya həyata keçirib.
"Koç Holdinq" tərəfindən edilən açıqlamada baş direktor Levent Çakıroğlu, qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənliklərin davam etdiyi ilin üçüncü rübündə investisiyalarını və dəyər yaratmağa yönəlmiş iş yanaşmalarını qətiyyətlə davam etdirdiklərini qeyd etdi.
Çakıroğlu, "İlin ilk 9 ayında 24,1 milyard TL-lik birləşmiş sərmayə ilə son 5 ildə etdiyimiz ümumi sərmayə 72,6 milyard TL-yə çatdı. Qalan dövrlərdə tədbirli yanaşma ilə fəaliyyətimizi davam etdiririk. Bu il də ölkəmiz və Qrupumuz üçün dəyər yaratmağa davam edəcəyik"-deyə bildirib.
"Biz bu yeni istiqaməti izləməyə və marketinq xərclərimizi qiymətləndirməyə davam edəcəyik. Bu prosesdə reklamımızı dayandırmaq qərarına gəldik".
Bəzi şirkətlər isə ümumiyyətlə "Twitter"dən əsas menecerlərin çıxıb getməsindən sonra şəbəkənin vəziyyətinin necə olacağından narahatdırlar.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?