"Uber"in fırıldaqları üzə çıxdı – VƏZİFƏ SAHİBLƏRİNƏ ÖDƏNİŞLƏR, SAXTA ARAŞDIRMALAR
Dünyanın ən məşhur taksi startapı olan «Uber»in fırıldaqları barədə məlumatlar ictimaiyyətə açıqlanıb.
FED.az xəbər verir ki, şirketin keçmiş rəhbəri Mark MacGann, şirkətə aid 124 min sənədi, elektron poçt, mətn, mesajlar və sair məlumatları mətbuata açıqlayıb.
Burada onun özü də daxil olmaqla «Uber» rəhbərlərinin biznesi genişləndirmək üçün hansı yollara əl atdığı açıq görünür. «The Guardian» tərəfindən əldə edilən və Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) ilə paylaşılan "Uber Files" adlanan sənədlər şirkətin həmtəsisçisi Travis Kalanickin şirkəti idarə etdiyi 2013-17-ci illərə aiddir.
Kalanick 2017-ci ildə Uber-in səhmdarlarına yalan söyləməsi və iş yerində düşmənçilik şəraiti yaratması ittihamları fonunda səhmdarların təzyiqi səbəbindən istefa verib.
Xatırladaq ki, «Uber»in genişlənməsi bütün dünyada etirazlarla müşayiət olunub – bizneslərinin əldən çıxacağından və şirkətin monopoliya yaradacağından narahat olan taksi sürücüləri və başqaları müxtəlif şəhərlərdə etirazlar keçiriblər. 2015-ci ildə taksi tərəfdarı nümayişçilərin yolları bağladıqları və təkərləri yandırdıqları Fransanın Marsel şəhərində işlər xüsusilə kəskin xarakter almışdı.
Sənədlərdə bildirilir ki, «Uber» biznesini genişləndirmək və yerli rəyi ələ almaq üçün bütün dünyada nüfuzlu şəxslərə «maliyyə payları», yəni müxtəlif ödənişlər edirmiş. Bundan başqa, «Uber» alimlərə ödəniş edirmiş ki, onun iqtisadi bəyanatlarını təsdiqləyən araşdırmalar aparsınlar. Şirkət yerli qanunları bilərəkdən qulaqardına vurur və onların icrasından yayınırmış.
Hesabatda ən maraqlı hissələrdən biri Fransa prezidenti ilə bağlıdır. İndi ortaya çıxıb ki, «Uber»in rəhbərliyi gizli şəkildə dünya liderləri, o cümlədən Fransanın indiki prezidenti Emmanuel Makronla görüşüb, bu hallar 2015-ci ildə Makron hələ Fransanın iqtisadiyyat naziri olanda baş verib.
«Uber»in özündə bu barədə yayılan məlumatları rədd etməsələr də, geniş açıqlama vermək istəməyiblər. Şirkət bildirir ki, əvvəl baş verənlərə görə izahat vermək fikrində deyil, və təklif edib ki, hazırki baş direktor Dara Xosrovşahinin rəhbərlik etdiyi dövrə diqqət yetirsinlər.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Az pulla hansı işi qurmaq olar?
İKEA şirkətinin tarixi
Kriptovalyuta nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?