Uçot dərəcəsinin azaldılması kredit bazarına necə təsir edəcək?

Uçot dərəcəsinin azaldılması kredit bazarına necə təsir edəcək?2025-ci il başlayandan Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi ilə bağlı bir neçə qərar verib. İlk 3 qərarda uçot dərəcəsi 7.25 faiz səviyyəsində müəyyən olunub, faiz dəhlizi isə 6.25 – 8.25 faiz intervalında saxlanılıb. Sözügedən qərarlarda AMB inflyasiyanın mərkəzi hədəf diapazonu (4±2 faiz) daxilində qalması və qlobal şəraitin stabil olması səbəbindən faizləri dəyişməyə ehtiyac görmədiyini açıqlasa da, iyulun 23-də verilən qərarla uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,25 faizdən 7 faizə endirilib. Faiz dərəcəsinin azaldılmasından sonra hər kəsi düşündürən sual isə budur: görəsən, uçot dərəcəsinin aşağı salınması kredit faizlərinə təsir edəcəkmi?
Millət vəkili, iqtisadçı Vüqar Bayramov uçot dərəcəsinin aşağı salınmasını inflyasiyanın proqnozlaşdırılan diapazonda dəyişməsi, eyni zamanda qlobal iqtisadiyyatda və valyuta bazarında sabitliklə əlaqələndirir. Ekspertin fikirlərinə əsasən, hər şeydən öncə 2025-ci ilin birinci yarısında makroiqtisadi səviyyədə sabitlik qorunub saxlanılıb və maliyyə də bura daxildir. Digər tərəfdən, inflyasiyanın proqnozlaşdırılan həddə olması da faiz dəhlizi ilə bağlı parametrlərə yenidən baxılmasını mümkün edib.
Azalma 0.25 faiz bəndi təşkil edir və iqtisadçı bunu kiçik dəyişiklik adlandırır. O ki qaldı bu dəyişikliyin kredit faizlərinə necə təsir edəcəyi ilə bağlı suallara, V.Bayramov deyir ki, bütövlükdə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri və uçot dərəcəsi ilə bağlı qərarı kredit bazarına təsir göstərməyəcək. Ümumi mənzərəyə diqqət yetirəndə də, AMB-nin uçot dərəcəsinin kredit faizlərinə təsiri yüksək deyil.
AMB-nin son qərarının valyuta, eləcə də istehlak bazarındakı mövcud tarazlığa uyğun olduğunu bildirən iqtisadçı son zamanlar istehlak kreditlərinin faizlərində artım müşahidə edildiyi fikri ilə də razıdır. Sözsüz ki, bu vəziyyət problemli kreditlərin həcmi və vətəndaşların kreditlər üzrə öhdəliklərinin artması baxımından arzuolunan deyil. Amma AMB-nin uçot dərəcəsini azaltmasının kredit faizləri də daxil olmaqla, digər alətlərə təsir imkanları yüksək deyil. / banker.az

Banklar     Tarix: 24 iyul 2025

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler dollar məzənnəsi valyuta kurslari valyuta xeberleri leobank kart