Umico Bonus loyallıq proqramı yeniləndi

Umico Bonus loyallıq proqramı yeniləndiBirbank Umico kart sahibləri üçün 19%-ə qədər keşbek bonusları, m10 və Umico Market istifadəçiləri üçün isə yeni imkanlar yarandı.
9 oktyabr 2024-cü ildən etibarən Umico Bonus loyallıq proqramı tamamilə yenilənir və müştərilərə yeni fürsətlər təqdim olunur. Artıq hər alış-veriş Birbank Umico kart sahibləri, m10 istifadəçiləri və Umico Market müştəriləri üçün daha çox fürsət və qazanc deməkdir.
Birbank Umico kart sahibləri üçün individual kateqoriya seçimi və əlverişli imkanlar:
Birbank Umico kart istifadəçiləri indi Birbank mobil tətbiqində alış-veriş kateqoriyalarını öz zövqlərinə uyğun seçə və bol-bol keşbek bonuslarını qazana bilərlər. Bunun üçün Umico bölməsində özəl hazırlanan tapşırıqları yerinə yetirmək kifayətdir. Belə ki, oktyabr ayında Umico Market-də 50 AZN-dən çox xərcləmək, kart balansında 1000 AZN-dən çox vəsait saxlamaq, Bravo marketlər şəbəkəsində 20 AZN-dən çox alış-veriş, QR-la ödəniş etmək kimi tapşırıqlar müştərilərə daha çox keşbek bonuslarını qazanmaq fürsəti yaradacaq:
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Umico Market-də alış-verişə görə19%-dək
Trendyol alış-verişlərində 14%-dək
BakıKart vasitəsilə ictimai nəqliyyatdan istifadə zamanı 19%-dək
"Bütün alışlar kateqoriyasında 10.5%-dək
Bu, müştərilərin gündəlik xərclərini daha sərfəli edərək, alış-verişlərinin bir hissəsini bonuslar şəklində geri qaytarmağa imkan verir. Toplanan bonuslar Birbank tətbiqində kommunal ödənişlər və ya Umico Market və geniş partnyor şəbəkəsində alış-verişlər üçün istifadə edilə bilər.
Ətraflı məlumat üçün:
İndi Umico bonusları m10 tətbiqində:
m10 istifadəçiləri üçün də Umico-dan xüsusi təkliflər var. Belə ki, Umico Bonus indi m10 tətbiqi ilə tam olaraq inteqrasiya edilib və onun rəsmi loyallıq proqramına çevrilib.  Bu isə m10 istifadəçilərinə bir çox sərfəli şərtlərlə daha çox keşbek bonuslarını qazanmaq fürsəti yaradır.
m10 tətbiqində QR kodu vasitəsilə edilən bütün ödənişlər istifadəçilərə bonus şəklində minimum 2% keşbek qazandırır ki, bu da tətbiqdən istifadəni daha da sərfəli edir. İstifadəçilər həmçinin seçilmiş tərəfdaşlarında əlavə bonuslar qazana bilərlər.
m10 vasitəsilə mobil rabitə, internet, kommunal və digər xidmətlərin ödənişi 2%-dək bonus qazandırır.
Umico bonuslarını qazanmaq üçün m10 istifadəçilərinin kart və ya barkod təqdim etməsinə ehtiyac yoxdur – bonuslar avtomatik və dərhal Umico balansına köçürülür..
m10 istifadəçiləriUmico bonuslarını toplayaraq onları 10.000-dən çox alış-veriş nöqtəsində xərcləyə, tətbiqdə xidmətlərin haqqını ödəyə, həmçinin əsas m10 balansına köçürmə edə bilərlər .
Kampaniya çərçivəsində müştərilər şəxsi bonuslarını 1 bonus = 1 manat ekvivalentində Umico balansından m10 hesabına köçürə bilərlər..
Umico Market bonusları ilə yeni alış-veriş fürsətləri:
Umico Market-də xərcləmək və qazanmaq indi daha asandır. Belə ki, Umico Market-də alış-veriş edən müştərilər 19%-dək keşbek bonusları qazana və bu bonusları növbəti alış-verişlərdə də istifadə edə bilərlər. Bu yenilik ilə müştərilər toplanılan bonusları daha sərfəli şəkildə istifadə etmək imkanını qazanırlar.
Beləliklə, Birbank, m10 və Umico xidmətləri indi vahid bonus balansı ilə birləşir. Bu isə istifadəçilərə qazandıqları bonusları bir yerdə izləmək və rahatlıqla istifadə etmək imkanını verir. Qeyd olunan yeniliklər istifadəçilər üçün daha sərfəli şərtlər və geniş imkanlar yaradaraq ekosistemin bütün istifadəçiləri üçün daha əlverişli, əlçatan təcrübə təqdim edir.
Ətraflı məlumat üçün: / banker.az

Banklar     Tarix: 09 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq