Unibank 3-cü rübün maliyyə nəticələrini açıqlayıb

Unibank 3-cü rübün maliyyə nəticələrini açıqlayıb"Unibank" KB ASC 2022-ci ilin ilk 9 ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank 3-cü rüb ərzində də biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə yüksək göstərici əldə edib. Belə ki, mikrokedit portfelində ötən ilin eyni dövrü ilə müqayisədə 84% artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə, bu ilin 9 ayında verilən mikrokreditlərin həcmi 90%-dək, sayı isə 70% artıb. Biznes kreditləri portfeli 30 sentyabr tarixinə 278 milyon manat təşkil edib, biznes sektoruna 9 ay ərzində 245 milyon manat kredit ayrılıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahblərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37%-ə yaxın artıb. Hesabat dövründə bizneslə bağlı daha bir göstərici- kassa-hesablaşma əməliyyatlarının həcmi də ötəni ilin uyğun göstəricisindən 33% çoxdur.
Bank dövr ərzində biznes subyektlərinə xidmət istiqamətində rəqəmsallaşma strategiyasını uğurla davam etdirib. "Unibank"ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, 9 ay ərzində verilən mikrokreditlərin 57%-dən çoxu bu xidmət vasitəsilə ayrılıb. Ümumilikdə isə biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Ötən ilin eyni dövrü ilə müqayisdə onlayn formada açılan biznes hesabların sayı 44%, onlayn rəsmiləşdirilən kreditlərin sayı isə 68% artıb. Biznes sahibləri üçün bu yaxınlarda istifadəyə verilən mobil əlavə sahibkarların bank xidmət və məhsulları ilə məsafədən təminatını bir qədər də artıracaq. 
Bank qeyd olunan dövrdə əhaliyə xidmətlərini genişləndirməkdə davam edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bank xidmətlərindən aktiv faydalanan əhalinin sayi 2 dəfədən çox  artaraq, 850 mini keçib. Unibank, bank xidmətləri ilə əhatə edilən yeni istifadəçilərinin  nümunəsində, bank xidmətlərindən aktiv istifadə etməyən, o cümlədən bank hesabina əvvəllər malik olmayan əhalinin banka cəlb olunmasını da təmin edib. Belə ki, Leobank layihəsi çərçivəsində tətbiq olunan məsafəli bank xidmətləri konsepsiyası, müştərilər üçün maliyyə xidmətlərinin əlçatanlığını və bununla da ölkə əhalisinin maliyyə xidmətlərinə  əhəmiyyətli dərəcədə marağının artırılmasına xidmət etmişdir. Bununla da rəqəmsallaşdırma hədəfləri çərçivəsində bank, rəqəmsal kanallardan istifadə etməklə, say etibarı ilə aparılan əməliyyatların toplam əməliyyat həcmindəki payını tarixi maksimuma – 92%-ə çatdırıb, məbləğ olaraq isə bu əməliyyatlarda 86% artım olub.   
Bankın əsas maliyyə göstəricilərində də dinamik inkişaf qeydə alınıb. Avqust ayında uğurla yekunlaşdırılan kapitallaşma prosesi bankın davamlı inkişafını təmin edib. Maliyyə nəticələrinə əsasən, üçüncü rübün yekununda "Unibank"ın aktivlərinın həcmi ilin əvvəli ilə müqayisədə 27% artaraq, 1 milyard 319 milyon manat təşkil edib. Bu dövrdə Bankın məcmu kapitalı 122 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 16 milyon manat çoxdur. 
Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. 9 ay ərzində cəmi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 % artaraq, 163 milyon manat təşkil edib. Beləliklə, 9 aylıq dövrün nəticələrinə görə faiz gəlirləri 118 milyon manat, qeyri-faiz gəlirləri isə 45 milyon təşkil edib. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 57%, faiz gəlirləri isə 35% artıb. Cari dövrdə bankın əməliyyat mənfəət göstəricisi 16 milyon  manat təşkil edib.
Artan rəqabət, sürətlə yenilənən texnologiya və müştərilərin innovativ məhsul və xidmətlərə tələblərini layiqincə qarşılamaq üçün il ərzində Bank yeni xidmət və məhsulların tətbiqi, eləcə də rəqəmsallaşmanın sürətləndirilməsi üçün sərmayə qoyuluşlarını davam etdrib ki, bu növ investisiyalar bankın cari dövr üçün qeydə alınmış yüksək gəlir nəticələrinə neytrallaşdırıcı təsir göstərib. Qeyd olunan yatırımlar Bankın və əməkdaşların inkişafını və gələcək hədəflərini təmin etməklə yanaşı, gələn ildən etibarən maliyyə nəticələrinə müsbət təsir göstərəcəkdir. 
Son illərdə dünyada və qlobal iqtisadiyyatda baş verən hadisələr fonunda Bank əvvəlki kimi kredit risklərinə xüsusi diqqətlə yanaşaraq, ehtiyatların yaradılması ilə bağlı konservativ siyasətini bu il də davam etdirib. Bu məqsədlə il ərzində 19 milyon manat ehtiyatlara ayırmalar edib. 
Bankın likvid aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Cari ilin ilk 9 ayı ərzində pul vəsaitləri və onların ekvivalentləri üzrə orta gündəlik qalıq 131 milyon manat olub ki, bu da ötən illə müqayisədə 38 milyon manat- yəni 41% çoxdur. Ötən müddət ərzində "Unibank"ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk 9 ayda 62 milyon manat artaraq, 30  sentyabr 2022-ci il tarixinə 521 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verir. Ötən ilin eyni dövrü ilə müqayisədə Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 5 dəfə çoxalıb, həcmi isə 4 dəfədən çox artaraq 3,1 milyard manatı ötüb. 
Unibank-Sənin Bankın! / banker.az

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU

Azərbaycanda fiziki şəxslərin ən az depoziti olduğu bank məlum olub. Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar. biznes və maliyyə xəbərləri portalının ölkə bankları üzrə tərtib etdiyi fiziki şəxslərin depozitlərini

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

"PAŞA Bank"ın 6 aylıq mənfəəti yüksəlib: IPO-dan sonra "PAŞA Bank"dan geniş hesabat – Əsas rəqəmlər açıqlandı

"PAŞA Bank" ASC və onun törəmə şirkətini əhatə edən Qrup (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2026-cı ilin ilk yarısını 96,5 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründ

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

Avropadan Azərbaycana pul köçürmələri 56% artıb

2026-cı ilin ilk yarısında cədvəldə ayrıca göstərilən Avropa ölkələrindən Azərbaycana fiziki şəxslər tərəfindən ümumilikdə $109,3 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $69,9 milyonla müqayisədə 56,4% çoxdur

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler bitcoin pul qazanmaq rubl mezenne bitkoin almaq