Unibank Beynəlxalq auditorun hesabatını açıqladı: Bankın aktivləri 1.4 milyarda yaxınlaşıb

Unibank Beynəlxalq auditorun hesabatını açıqladı: Bankın aktivləri 1.4 milyarda yaxınlaşıb2022-ci il üzrə müstəqil auditorun hesabatına əsasən "Unibank KB" ASC-nin ümumi aktivləri əvvəlki il ilə müqayisədə 37% artaraq 1 milyard 397 milyard manat təşkil edib.
Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, xalis kredit portfeli isə 28% artaraq 845 milyon manat olub. 2022-ci ilin sonunda Bankın nağd pul vəsaitləri 255 milyon manata bərabər olub.
2021-ci illə müqayisədə, ötən il ümumi kredit portfeli 20% və ya 147 milyon manat artaraq, 887 milyon manat təşkil edib. Bu, əsasən kredit kartları və mikro kredit portfelindəki artım hesabına baş verib. Eyni zamanda, hesabat ilində portfelin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, kredit portfeli üzrə ehtiyat 2021-ci ildəki 80,8 milyon manatdan 2022-ci ildə 41,8 milyon manata qədər azalıb. 
Aktiv artımı əsasən müştəri hesablarındakı çoxalma ilə bağlıdır. Belə ki, müştəri hesabları hesabat ilində 40% artaraq 1,009 milyard manat təşkil edib. Bununla yanaşı hesabat tarixinə Bankın cəmi öhdəlikləri 1,283 milyard manat olub. 
31 dekabr 2022-ci il tarixinə Bankın məcmu kapitalı 114,5 milyon manat təşkil edib. Hesabat dövründə Bank tərəfindən 18,7 milyon manat məbləğində adi səhmlər emissiya edilib və tam yerləşdirilib. Nəticədə il ərzində nizamnamə kapitalı 5,7% və ya 7,5 milyon manat artaraq, ilin sonunda 138,2 milyon manata bərabər olub.
Hesabat ili ərzində Bank ümumilikdə 159,7 milyon manat faiz gəliri əldə edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,4 milyon manat və ya 35% çoxdur. Eyni zamanda, faiz xərcləri 12,4 milyon manat (28,7%) artaraq, 55,7 milyon manat təşkil edib. Nəticədə 2022-ci il üzrə xalis faiz gəliri 28,9 milyon manat çoxalaraq, 103,9 milyon manat təşkil edib. 
Bankın haqq və komissiya gəlirlərində də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, hesabat ilində bank ümumilikdə 58,3 milyon manat komissiya gəliri əldə edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 28,9 milyon manat və ya 98% yüksəkdir. / marja.az

Banklar     Tarix: 30 may 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq