Unibank beynəlxalq konfransın dəstəkçisi olub
®Bakıda "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025" keçirilib. Unibank KB ASC-nin də dəstəkçilər siyahısında olduğu tədbirin məqsədi, enerji və yaşıl texnologiyalar, su resurslarının idarə olunması, qida sənayesi, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sahələrdə iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsidir. Konfrans çərçivəsində müxtəlif panel müzakirələri, ekspert təqdimatları və dövlət-özəl sektor dialoqları təşkil olunub.
Tədbirin dəstəkçilərindən olan Unibank, konfrans çərçivəsində daha bir mühüm təşəbbüsə imza atıb – bankın təşkilatçılığı ilə hər iki ölkənin sahibkarları arasında ikitərəfli işgüzar görüşlər təşkil edilib.
Bu görüşlər yerli sahibkarların yalnız bizneslərini böyütmək deyil, həm də xarici bazarlara çıxışını genişləndirmək və yeni tərəfdaşlıqlar qurmaq baxımından mühüm addımdır. Unibank bu kimi təşəbbüslərlə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, eləcə də yerli biznesin beynəlxalq inteqrasiyasına dəstək vermiş olur.
Unibank bundan sonra da sahibkarlığın inkişafını, ixrac imkanlarının artmasını və dayanıqlı maliyyə tərəfdaşlıqlarının qurulmasını təşviq edən layihələrdə fəal iştirakını davam etdirəcək.
Unibank-Sənin Bankın!

/ banker.az

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
Enerji xərclərinizi "Unibank"la azaldın
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
ZARA-nın uğur hekayəsi
Bitcoin nədir?
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Az pulla hansı işi qurmaq olar?