Unibank biznes sahibləri üçün yeni onlayn xidmət istifadəyə verib
(®) Unibank biznes müştəriləri üçün yeni və çox sərfəli xidmət yaradıb. "Unibank"ın UPOS xidmətinə qoşulan sahibkarlar, POS-terminal cihazı almayacaq. Çünki UPOS- ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir.
UPOS-un əsas üstünlükləri:
Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
7/24 onlayn şəkildə qoşulma imkanı;
Asanlıqla daşınabilən mobil cihazlardan istifadə edirsiniz;
Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.
UPOS-a qoşulmaq da çox asandır. Xidmətə istənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznes mobil əlavəsinə daxil olaraq, "UPOS" bölümündə ümumi məlumatları daxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron müqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin ardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə də seçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbul edə biləcəksiniz.
Xidmət haqqında ətraflı bankın saytından () məlumat almaq olar.
Unibank"ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev", 16 saylı, "Dərnəgül", "Yasamal", "Nərimanov", "Neftçilər", "Əhmədli", "Əcəmi" filialları, "Unibank- biznes mərkəzi", "Sədərək" Biznes Mərkəzi, eləcə də "Unibank"ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından () əldə etmək olar. / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları