Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb

Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb®"Unibank"ın maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə və yerli mikro və KOS-ların kreditləşdirilməsi imkanlarının təşviqinə yönəlmiş maliyyə vasitəçilərinin potensialının artırılması üzrə texniki əməkdaşlıq proqramı uğurla yekunlaşıb. Əsas maraqlı tərəflərin – Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin güclü dəstəyi ilə bu proqramın nəticələri Unibank KB və "Unicapital" İnvestisiya Şirkətinin dayanıqlılığının daha da güclənməsinə və bununla da müştərilərə daha güclü dəstəyə zəmin yaradacaq. 
Proqram iki əsas sahədə – Strategiya və Biznes Planlaması və Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi, o cümlədən, Səhvlər və Zərərlər Bazası və Risklərə Nəzarət Özünü Qiymətləndirmə Sistemi üzrə həyata keçirilib.
Proqram dövründə Strategiya və Biznes Planlaması layihəsi çərçivəsində 2 biznes, 8 funksional və korporativ strategiyadan ibarət hərtərəfli və yaxşı işlənmiş strategiya sənədi hazırlanıb. "Unibank"da strateji planlaşdırma və idarəetmə proseslərinin davamlığını təmin etmək məqsədi ilə Strategiya və İnkişaf Departamenti və Strateji İdarəetmə Komitəsi yaradılıb. Yeni strategiya güclü dəyər sisteminin möhkəm təməllərinə və səhmdarların vizyonuna əsaslanmaqla, yenilənməkdə olan texnoloji platforma ilə əzmkar komandanın sinerjisi hesabına həyata keçirilir.
Proqramın digər hissəsi olan Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi layihəsi çərçivəsində Unibank və bankın törəmə şirkəti olan "Unicapital" İnvestisiya Şirkəti üçün çox əsaslandırılmış, geniş təhlil edilmiş və ətraflı risk, özünüqiymətləndirmə və məlumat bazası üzrə tövsiyə sənədi hazırlanıb. Bankın təşkilatı strukturu optimallaşdırılıb. Layihə müddətində 1-ci və 2-ci müdafiə xəttlərinin gücləndirilməsi və onlar arasındakı sərhədlərin müəyyənləşməsi üzrə aparılan işlər, Bankda risk mədəniyyətinin inkişaf etdirilməsinin başlıca lövbəri kimi çıxış edib. Bankda komitələr yaradılıb, birləşdirilib və dəyişdirilib. Proqram çərçivəsində "Unicapital"ın  qrup daxilində strateji inkişaf prioritetləri üzrə təşkilatlanması, biznes proses və funksiyaların optimallaşdırılması, həmçinin risk əsaslı idarəetməsinin təşkili təmin edilib. Əldə edilən nəticələr yeni məhsul və xidmətlərin yaradılması, şirkətin dayanıqlı inkişafı və qrup ilə sinerjidə vahid strateji idarəetmənin gücləndirilməsinə xidmət edəcək.
Dəstək proqramının başa çatması ilə bağlı keçirilən tədbirdə layihədə uğurlu tərəfdaşlığa görə Unibank və Unicapital rəhbərliyi və əməkdaşları sertifikatla təltif edilib. 
Unibank- Sənin Bankın! / banker.az

Banklar     Tarix: 21 sentyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

Avropadan Azərbaycana pul köçürmələri 56% artıb

2026-cı ilin ilk yarısında cədvəldə ayrıca göstərilən Avropa ölkələrindən Azərbaycana fiziki şəxslər tərəfindən ümumilikdə $109,3 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $69,9 milyonla müqayisədə 56,4% çoxdur

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia


iqtisadi xeberler dollar manat kursu iqtisadiyyat xeberleri valyuta xeberleri depozit faizleri