Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb

Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb®Unibank Avropanın Cənub-Şərqi Fondundan (EFSE) 10 milyon avro məbləğində kredit xəttinin cəlb olunması ilə bağlı iki illik saziş imzalayıb. Beynəlxalq aktiv idarəetmə şirkəti Finance in Motion tərəfindən birgə idarə olunan bu vəsait tam şəkildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsinə yönəldiləcək.
"Unibank"ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: "Bu addım bizim üçün sadəcə maliyyə əməliyyatı deyil, strateji inkişaf istiqamətidir. Finance in Motion ilə əməkdaşlıq "Unibank"a dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərən bizneslərə dəstəyini daha da gücləndirməyə imkan verəcək. Vəsaitlərin yalnız təhlükəsiz və sosial təsiri olan təşəbbüslərə yönəldilməsi ilə iqtisadiyyatımızın sabit və sağlam gələcəyinə məqsədyönlü şəkildə investisiya yatırırıq."
Finance in Motion şirkətinin Regional Direktoru Oxana Binzaru isə qeyd edib: "EFSE vasitəsilə məqsədimiz Unibank kimi yerli maliyyə institutlarının məsuliyyətli KOB maliyyələşdirilməsini genişləndirməsinə dəstək olmaq, dayanıqlı iqtisadi inkişafı və real sosial təsiri təşviq etməkdir."
EFSE haqqında
Avropanın Cənub-Şərqi Fondu (EFSE) Cənub-Şərqi Avropa və Qafqaz regionunda iqtisadi inkişafı və rifahı təşviq edən təsir investisiyası fondudur. Fond Regional Alt Fond (RSF) və Ukrayna Alt Fondu (USF) vasitəsilə sahibkarlığın inkişafını, maliyyə inklüzivliyinin gücləndirilməsini və yerli iqtisadiyyatların dəstəklənməsini hədəfləyən maliyyə həlləri təqdim edir.
EFSE 2005-ci ildə Almaniyanın KfW İnkişaf Bankının təşəbbüsü ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi əsasında yaradılıb. Bu sahədə ilk dövlət-özəl tərəfdaşlıq modellərindən biri olan fond donor təşkilatların, beynəlxalq maliyyə institutlarının və özəl institusional investorların kapitalı hesabına formalaşır. EFSE-nin portfel idarəçisi Almaniyanın Finance in Motion GmbH şirkəti, fond meneceri isə Lüksemburqda yerləşən Hauck & Aufhäuser Fund Services S.A.-dır. Ətraflı məlumat üçün: www.efse.lu
Finance in Motion haqqında
Finance in Motion hazırda ümumi həcmi təxminən 4 milyard avro olan və SFDR-in 9-cu maddəsinə uyğun təsnif edilən 10 investisiya fondunu strukturlaşdırır, idarə edir və onlara məsləhət xidmətləri göstərir. Şirkətin fondları regional maliyyə institutları, birbaşa investisiyalar, məsləhət və potensialın artırılması proqramları vasitəsilə həm insanlar, həm də ətraf mühit üçün müsbət təsir yaratmağa yönəlib.
Almaniyada təsis olunan Finance in Motion Latın Amerikasından Şərqi Avropayadək uzanan geniş yerli ekspertiza şəbəkəsinə malikdir və artıq 20 ildən çoxdur ki, inkişaf etməkdə olan bazarlara investisiya yatırır. Ətraflı məlumat üçün: www.finance-in-motion.com
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə təsis edilən bank, geniş filial şəbəkəsi və davamlı inkişaf edən rəqəmsal bankçılıq platforması vasitəsilə pərakəndə müştərilərə, biznes subyektlərinə xidmət göstərir. Unibank son illərdə dayanıqlı maliyyələşdirmə sahəsində rolunu gücləndirməyə xüsusi diqqət ayırır və ölkədə yaşıl maliyyələşdirmə üzrə strukturlaşdırılmış həllərin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. / banker.az

Banklar     Tarix: 24 iyun 2026

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler valyuta xeberleri internetden pul qazanmaq investisiya biznes krediti